Turk TV-ler Xocali ile bagli canli yayim verecek

14:20 – xeber – TRT ənənəsinə sadiq qalaraq, Xocalı soyqırımı haqqında həqiqətləri 25 və 26 fevral tarixlərində canlı yayımlarla “TRT 1”, “TRT Haber”, və  “TRT Avaz” kanalları vasitəsilə dünyaya çatdıracaq.
 
APA-nın məlumatına görə, “TRT Avaz” kanalının çəkiliş qrupu 24-26 fevral tarixlərində Bakıda olacaq. Onlar Azərbaycan Dövlət Televiziyasının texniki dəstəyi ilə Qız Qalası və Xocalı abidəsi önündən canlı yayım həyata keçirəcək. 
 
TRT-nin Bakı təmsilçisi Yıldıray Arslanin verdiyi məlumata görə, “TRT Avaz” Kanal koordinatoru Murat Akkoç və “Detay 13” proqramının aparıcısı Gökçən Oğanın rəhbərlik etdiyi çəkiliş qrupu 2 gün boyunca Bakıda silsilə canlı yayımlar reallaşdıracaq. O, hər il olduğu kimi, bu il də anım günlərində eyni həssaslıqla hazırlanan proqramların, Xocalı şahidlərindən alınan müsahibələrin, sənədli filmlərin və kliplərin “TRT Avaz”,  “TRT Haber” ekranlarında yayımlanacağını bildirib. Bununla yanaşı, TRT Bakı Təmsilçiliyinin hazırladığı  “Xocalının Şahidləri” adlı 12 bölümdən ibarət proqram TRT kanallarında yayımlanacaq.  

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org