Turk Silahli Quvveleri sesimize ses verdi

11:23 – xeber – Qəhrəman Nuri Paşanın qəbirüstü abidəsi yüksək səviyyədə abadlaşdırılıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu haqda millət vəkili Qənirə Paşayeva yazıb. O, Akif Aşırlı ilə birlikdə bir neçə ay əvvəl İstanbulun Ədirnə Qapı şəhid məzarlığında Nuri Paşanın qəbrini axtardıqlarını qeyd edib:
 
“Qəbiristanlığa nəzarət edənlər axtardığımızın Nuri Paşa olduğunu bilmirdilər. Yağışlı havada ayaqlarımızı tamam palçıq içində təmizlədik. Nuri Paşanın kolluqda görünməz olan balaca məzar daşını tapdıq. Üstündə, sadəcə, Nuri Killigil yazılmış balaca bir qəbir daşıydı. İkimiz də üzüntü içərisində idik. Çünki bu, ona layiq bir qəbirüstü deyildi. Üzərinə bayraq qoyduq. Uğrunda böyük əziyyətlər çəkdiyi Türkiyə və Azərbaycan bayrağı. O zaman Akif bəylə birlikdə Türkiyə və Azərbaycana çağırış edən bir yazı ilə çıxış etdik və Nuri Paşanın qəbirüstü abidəsini ona layiq şəkildə düzəldilməsinə çağırdıq. Səsimizə səs verənlər oldu. Türk Silahlı Qüvvələri yazıya reaksiya verdi, zəng etdilər. İstanbul Böyükşəhər bələdiyyəsində Ramazan Mindər bəyə isə çoxlu təşəkkür edirik. Dəyərli qardaşımız Mayis Əlizadə və Nuri Paşa kitabının yazarı Atilla Oralla birlikdə Ramazan bəylə görüşdük. Ramazan bəy qısa zamanda qəbirüstü abidənin və ətrafının yüksək səviyyədə düzələcəyini dedi. Sonra birlikdə qəbirüstü abidənin layihəsinə baxdıq, Ramazan bəy təkliflərimizi soruşdu. Biz də bəzi əlavə fikir və təkliflərimizi söylədik. Azərbaycan və Türkiyə bayrağı bərabər dalğalansın diləyimizə isə “başqa cür də ola bilməz” cavabı verildi. Artıq abidə açılışa hazırdır. Abidə üzərində Türkiyə və Azərbaycan bayraqları dalğalanacaq. Akif bəylə aylar əvvəl qəbir üstünə bayraq qoyanda bu günü arzulamışdıq. Ramazan Mindər, Akif Aşırlı, Mayis, Nuri Paşa kitabının yazarı Atilla Oral bəyə və bütün əməyi keçənlərə təşəkkür edirəm. Nur içində yat, qəhrəman Nuri Paşa! Haqqın olan qəbirüstü abidə budur və inanırıq ki, inşallah 28  sentyabrda keçiriləcək açılış da yüksək səviyyədə olacaq və hamımız birlikdə ruhuna dualar oxuyub, sevgi və sayğı ilə səni anacağıq”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org