Turk mediasi ordumuzdan yazdi

01:41 – xeber – Türkiyənin hakimiyyətyönümlü "Yeni Akit" qəzeti  Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərə başladığını yazıb.

Avropa.info xəbər verir ki, qəzet  Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına istinadən ordumuzun döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib. 
 
"Azərbaycan Silahlı Qüvvələri döyüşə hazırlıq təlimlərinə başlayıb. Müdafiə Nazirliyindən yayılan açıqlamada, hərbi birliklərin döyüşə  hazır vəziyyətə  gətirilməsi  çərçivəsində  təlimlərə başlandığı bildirilib. Təlimlərdə  əsas məqsədin ordu birliklərində  əmrlərin tətbiqi  və komandirlərin idarə qabiliyyətinin inkişaf etdirilməsi olduğu qeyd edilib.
 
Xəbərdarlıq siqnalı ilə hərəkətə keçmə, xəbərləşmə, silah paylaması kimi hərbi mövzuların tətbiq edildiyi təlimlərdə , birliklərin toplanması, döyüş bölgələrinə kamuflyaj olaraq irəliləmə və zirehli vasitələrin hərəkət etdirilməsi kimi planların  icra edildiyi bildirilib. Təlimlərə  çox sayda əsgər və zirehli vasitə cəlb olunub" deyə qəzetin xəbərində qeyd edilir.
 
"Yeni Akit" qəzeti Azərbaycan torpaqlarının 20 faizinin erməni işğalçıları tərəfindən işğal olunduğunu da diqqətə çatdırıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org