Turk kimliyi altinda gizlenen xainler…

23:40 – xeber – Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə fakültəsinin məzun buraxılışında millət vəkili Qənirə Paşayeva da iştirak edib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Azərbaycandan və Türkiyədən olan gənclər qarşısında çıxşında millət vəkili Almaniya parlamentində qondarma erməni soyqırımı ilə bağlı qəbul edilən qərardan danışıb. Bu qərarın arxasında dayanan məqsədlər barədə məlumat verən Q.Paşayeva sənədə səs vermiş Almaniya parlamentinin üzvü, türk kökənli olduğu deyilən millət vəkillərinin əslində bu kimlik altında gizləndiyini deyib: 
 
“Onların bir çoxu türk millətinin övladı deyil, sadəcə, bu kimlik altında gizlənib və türk millətini arxadan vurmaqla məşğuldurlar. Bəziləri isə türk millətindən olduğunu deyə bilər, amma dədələrimizə qarşı yalanları, iftiraları dəstəkləyənlər bizim millətdən ola bilməz və belələrinə qarşı bütün millətimizin gəncliyi ciddi etirazlarını ortaya qoymalı və həmin şəxslərə bunu çatdırmalıdırlar. Ümid edirəm ki, Almaniyada yaşayan türklər bundan sonra bu cür insanlara onların üzərindən, onların səsi ilə siyasət meydanında görünməyə imkan verməyəcək. Gənclərimizin sosial media üzərindən aktiv olaraq alman millət vəkillərinə bu qərarın qəbulu ilə nə qədər böyük yanlışlığa, səhvə yol verdiklərini söyləməsi çox vacibdir. Eyni zamanda, Almaniya parlamentində bu qərarın əlehinə səs vermiş tək millət vəkili xanım Bettina Kudlaya da ədalətli mövqeyindən dolayı təşəkkür göndərmək gənclərimiz tərəfindən müsbət addım olardı. Almaniya millət vəkillərinə müraciətdə özəlliklə vurğulanmalıdır ki, bu addım Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupunun üzvü olan Almaniyanın neytral, obyektiv mövqe sərgiləyəcəyinə də böyük zərbə oldu”.
 
Gəncləri ortaq tariximizi yaxşı öyrənməyə çağıran millət vəkili Q.Paşayeva bölgədə oynanan böyük oyunlardan danışıb və bildirib ki, millətimizə və iki qardaş dövlətimizə qarşı olan ədalətsizliklərə mübarizədə ən önəmlisi birlik və bərabərlik içində daha da çox çalışmaqdır: 
 
“Hər bir gəncimiz hansı peşənin sahibi olmasından asılı olmayaraq, bu millətin övladıdır. Ona görə də milli məsələlərdə hər zaman fəal olmalısınız. Qarabağ həqiqətlərinin daha da geniş yayılmasında, erməni yalanlarına qarşı mübarizədə təhsilli, savadlı gənclərimizin üzərinə böyük vəzifələr düşür. Və biz inanırıq ki, siz bu istiqamətdə çox çalışacaqsıznız”.   
 
Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə fakültəsinin açılmasında Azərbaycan dövləti ilə bərabər, Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı rəhmətlik Turan Yazqanın böyük əməyindən danışan millət vəkili fakültənin yüksək səviyyədə təhsil verməsindən və millətimiz üçün gözəl kardlar hazırlamasından məmuniyyətini də dilə gətirib və müəllimlərə təşəkkürünü bildirib. 
 
Məzun olan tələbələri təbrik edən millət vəkili Q.Paşayeva onlara uğurlar diləyib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org