Turk Hava Yollari Bakida 25 illiyini qeyd etdi – Foto

01:15 – xeber – İyunun 3-də Bakıda Türk Hava Yollarının (THY) Azərbaycanda fəaliyyətinin 25 illiyinə həsr olunan tədbir keçirilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Türk Hava Yollarının Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas bildirib ki, ilk dəfə 1991-ci il martın 25-də İstanbul-Trabzon-Bakı xətti ilə Azərbaycana uçuşlara başlayan THY hazırda Azərbaycana gün ərzində 5 dəfə uçuş həyata keçirir. Bundan əlavə, THY-nin Naxçıvana və Gəncəyə də uçuşları olur. “Biz Azərbaycanda fəaliyyətimizdən məmnunuq və ölkələrimiz arasında qardaşlıq münasibətləri yaşadıqca biz də burada fəaliyyət göstərəcəyik”, – deyə o əlavə edib.
 
Türkiyənin nəqliyyat, dəniz işləri və kommunikasiya naziri Əhməd Arslan bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlıq və dostluq münasibətləri hər iki ölkənin əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verir. Nazir qeyd edib ki, Türk Hava Yolları 289 istiqamətdə uçuşlar həyata keçirir. THY ilə “Azərbaycan Hava Yolları”nın fəaliyyəti, həmçinin iqtisadiyyatın inkişafına təkan verir, ölkələrimizi dünyada tanıdır. Türkiyə və Azərbaycanın inkişafı da öz növbəsində THY və “Azərbaycan Hava Yolları”nın inkişafına gətirib çıxarır.
 
“Azərbaycanla Türkiyə bir sıra layihələrdə əməkdaşlıq edir. Bu layihələr hər iki ölkəni necə yaxınlaşdırırsa TANAP layihəsi də bu münasibətləri o cür yaxınlaşdırır. Ümid edirəm ki, THY və AZAL-ın əməkdaşlığı daha da inkişaf edəcək”, – deyə Ə.Arslan vurğulayıb.
 
Daha sonra tədbirdə Türk Hava Yollarının Azərbaycanda fəaliyyətinin 25 illiyinə həsr olunan videoçarx nümayiş etdirilib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org