Turk Fraksiyasi ve İranin esas hedefi… –


[r32]
– xeber –
İran hakimiyyəti türk fəallara qarşı ağır həbs hökmləri çıxarmaqla Güney Azərbaycan Milli Hərəkatına mənsub qüvvələrin bir hissəsini hakimiyyətyönlü qruplara yaxınlaşdırmağı, bir hissəsini də radikallaşdırmağı hədəfləyir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ərdəbildən olan tanınmış milli fəal Abbas Lisani Amerikanın səsinə deyib.
Keçən illərdə İran Azərbaycanı və Tehranda Dünya Ana Dili Günü tədbirlərinə qatıldıqları zaman nəzarət altına alınıb və daha sonra zəmanət qarşılığında azadlığa buraxılan bir çox türk dil haqları müdafiəçisi son vaxtlar təkrar məhkəməyə çağrılıb. Mühakimə edilənlərdən bir neçəsi 10 ildən 15 ilə qədər həbs və əlavə olaraq 2 il ölkənin türk əhalisi olmayan bölgələrinə sürgün edilmə cəzasına məhkum olunublar.
Abbas Lisani 2014-cü ilin fevral ayında Dünya Ana Dili Günü münasibəti ilə Əhər şəhərində keçirilən bir mərasimə qatıldığı zaman nəzarət altına alınmışdı. Lisani və həmin mərasimdə tutulan digər fəallar bu yaxınlarda təkrar məhkəməyə çağrılıblar.
Onun dediklərinə görə, keçmişdə bənzəri görünməyən ağır hökmlər verilib: “Ən azı, ana dili ilə bağlı keçirilən mərasimlər və bu növ fəaliyyətlər üzündən bu ağırlıqda hökmlər görünməmişdir… Bu ağır hökmlər habelə 2014-dən bəri təqribən bir kənara buraxılmış dosyelərin yenidən gündəmə gəlməsi sual yaradır”.
İllərlə İranın müxtəlif zindanlarında həbsdə olmuş fəalın fikrincə, hakimiyyət bu ağır basqıları parlamentdəki Türk Fraksiyasının təsisindən sonra və seçkilər ərəfəsində tətbiq edərək müəyyən hədəflər izləyir. O, bundan əvvəl də milli hərəkata qarşı bənzər siyasətlərin yürüdüldüyünə diqqət edilməsi gərəkdiyini bildirib:
“Aylar öncə Türk Fraksiyası quruldu. Bununla yanaşı bəzi məsullar, hətta cümə imamları vasitəsilə ana dilimiz, türkcəmiz ilə bağlı bəzi addımlar atıldı, ya ən azından sözdə də olsa, bunlar rəsmi mediada deyildi. Bu zahiri yumşalma məsələsi də bizdə suallar yaratmışdı… Türk Fraksiyasının bu adla qurulması milli hərəkata bir qazanc idi. Onun fəaliyyətinin nə olacağı öz yerində. Elə bir intizarımız da yoxdur. Amma mən söhbətlərimizdə fikirdaşlarıma ərz etdim ki, zahirdə atmosferi yumşaldan bu olaylara biz xoşgörüşlə baxırıq, ancaq çox ehtimal ki, yaxın gələcəkdə milli hərəkatın əsas gövdəsinə qarşı ağır basqılar olacaq…”
Abbas Lisani deyib ki, Azərbaycan Milli Hərəkatı müxtəlif proseslərdən keçib. 2006 may ayının olayları bir partlayış olub:
“O partlayış milli hərəkatın mədəni bir hərəkat olaraq ortaya çıxmasına bir kimlik sənədi idi. Buna görə vəhşətə düşən hakimiyyət bu hərəkata bir alternativ yaratmaq qərarına gəldi. Təbii ki, ondan sonra çox qarışıq oyunlar başladılar; hərəkatın içini boşaltmaq, ixtilaf çıxarmaq və bir qrup sadə insanımız vasitəsilə bəzi layihələr həyata keçirməyə başladılar”.
O, “Traktorsazi” futbol komandasının da həmin siyasət çərçivəsində gündəmə gətirildiyini irəli sürür:
“Hakimiyyət bir layihə gətirdi ortaya, “Traxtor” adında. Bizim gənclərimiz, bizim insanlarımızda haqqını tələb edən və inqilabi bir ruh və potensial var. O enerjini almaq üçün onları stadionlara çəkdi. Bunu kontrol altına alıb və məsələni idman məsələsi kimi göstərmək üçün. Amma sonra gördü ki, kökü dərin olan milli hərəkat bunu öz xeyrinə yönləndirdi. Elə yönləndirdi ki, “Traxtor” Azərbaycanın səsini Azərbaycanın xaricindəki türklərə, bütün İrana çatdırdı”.
Türk fəalın anlatdıqlarına görə, hakimiyyət bir tərəfdən saxta fəaliyyət sahələri yaratmaqla, digər tərəfdən isə tanınmış fəalları ağır basqılara məruz qoyaraq milli hərəkata mənsub bəzi qüvvələri hərəkatın öz xəttindən ayırmaq və başqa yollara sövq etmək istəyir:
“Türk Fraksiyası da eyni siyasətin istiqamətindədir. İnsanlarımızı hakimiyyətin baxışı əsasında yaradılmış rəsmi diskursa sövq etməyə çalışırlar. Hərəkatın əsas gövdəsinə ağır basqılar tətbiq edərək müxtəlif ruhiyyələrdə olan insanlarımızı seçirlər”.
Onun sözlərinə görə, bu durumda milli hərəkata mənsub qüvvələrin qarşısında üç yol mövcuddur:
“Birincisi, o insanlar ki tamam basqılara dayanıb, milli hərəkatın məntiqi və mədəni gedişinə davam edəcəklər. Hərəkata sadiq qalacaqlar. İkincisi, o dəstə insanlarımız ki hakimiyyət və rəsmilər tərəfindən yaradılan diskursa tərəf gedəcəklər – Türk Fraksiyası kimi. Əlbəttə, mən bunun hamısına pis bilmirəm. Üçüncüsü təhlükəli bir məsələdir. O da bəzi insanlarımızın təcrübəsizlik və həyəcan, ya digər səbəbə görə radikallaşa bilməsidir”.
Onun sözlərinə görə, hakimiyyət bir qrup insanı cana gətirmək istəyir:
“İstəyir ki, gənc gedib müqayisə etsin: yəni əgər mədəni bir mübarizə ilə, yazmaqla, oxumaqla, insanlarımızı oyatmaqla, ana dili mərasimləri keçirməklə məşğul olduğum üçün 10 il, 15 il, silahlı fəaliyyət və militarizm yolunu seçənə də bənzər hökm çıxarılırsa, bəs biz də bu yolu seçək… Hakimiyyətin ən böyük arzusu milli hərəkatı radikallaşdırmaqdır. Biz kəsinliklə milli hərəkatın əsasları və prinsiplərinə riayət edərək buna qarşı çıxa bilərik”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org