Turk dunyasinin 300-dek alimi Bakiya gelir


[r32]
– xeber –
Sentyabrın 10-dan 13-dək Bakıda kimya elmləri və texnologiyaları üzrə III Beynəlxalq Türk Dünyası konfransı keçiriləcək.
Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) məlumat verilib.
ADNSU-nun və Türkiyənin Sakarya Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfransda Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiya, Qazaxıstan, Türkmənistan, İraq, Pakistan və digər ölkələrdən 300-dək alimin iştirakı nəzərdə tutulub. ADNSU-da keçiriləcək tədbirdə kimya elmləri və texnologiyalarının mövcud vəziyyəti, bu sahədə qazanılmış yeni elmi nailiyyətlər, müasir inkişaf tendensiyasına dair məruzələr dinləniləcək.
Konfransın əsas məqsədi kimya elmləri və texnologiyaları üzrə mütəxəssisləri qeyri-adi bir platformada toplamaq və onların bu sahədəki dünyamiqyaslı ideyalarını bölüşmələrini təmin etməkdir.
Tədbir çərçivəsində iştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti və turizm potensialı nümayiş olunacaq. Belə ki, konfransın proqramına müxtəlif mədəni və sosial tədbirlər də daxil edilib. İştirakçıların istəklərindən asılı olaraq “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna, Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna və Qəbələ rayonuna turlar da təşkil olunacaq.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org