Turk dillerinin ortaq terminleri yaradilir

15:06 – xeber – Türk dünyasında ilk dəfə olaraq, türk dillərinin vahid terminologiyasının yaradılması üçün texniki sahə üzrə artıq 6 minə qədər beynəlmiləl termin toplanılıb.
 
Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova bildirib.
 
Vahid terminologiya bazasının yaradılması üçün yalnız beynəlmiləl əhəmiyyət daşıyan terminlərin toplandığını deyən S.Sadıqova ilk olaraq, texniki sahə üzrə beynəlxalq terminlər lüğətinin hazırlandığını, hazırda bu məqsədlə yeni terminlərin toplanılması işinin davam etdiyini də söyləyib.
 
Yeni hazırlanacaq lüğətdə terminlərin ilk olaraq, Türkiyə türkcəsi, daha sonra Azərbaycan, qazax, türkmən, qırğız və özbək dilində qarşılığı veriləcək.
 
Komissiyanın sədr müavini əlavə edib ki, texniki-tərəqqi, ictimai-siyasi həyatın inkişafı türk dilləri üçün ortaq terminoloji bazanın yaradılmasını zəruri edir.
 
O qeyd edib ki, təyin edilmiş dillərin hər birinin müxtəlif sahələrə aid terminləri seçilməli, anlayışı dəqiq ifadə edən termin ortaq türk dilləri üçün qəbul olunmalıdır. Belə bir məsələnin həlli terminologiyanın standartlaşdırılması üçün şərait yaradır.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org