– xeber – Türkiyə ilə əlaqələrimiz normallaşdıqdan sonra “Türk axını” layihəsi ilə bağlı yenidən danışıqlara başlaya bilərik.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın “Qazprom” şirkətinin idarə heyətinin üzvü Oleq Aksyutin deyib.
“Hökumətlərarası münasibətlər normallaşdıqdan və razılaşma imzalandıqdan sonra “Türk axını” layihəsinin nə zaman tamamlanacağı bəlli olacaq”, – Aksyutin bildirib.
Xatırladaq ki, Su-24 olayından sonra Rusiya rəsmiləri “Türk axını” layihəsinin dayandırılması haqqında açıqlamalar vermişdilər. Lakin daha sonra sözügedən layihənin yenidən gündəmə gəlməsi ehtimalı irəli sürülmüşdü.