Turizm bolgesine geden yol temir edilir

10:27 – xeber – Vətəndaşların rahat gediş-gəlişini təmin etməklə bölgələrdə turizmin və kənd təsərrüfatının inkişafını sürətləndirmək məqsədi ilə uzunluğu 24 km olan Xaçmaz-Xudat və 21 km uzunluğunda olan Xudat-Nabran avtomobil yollarının təmir-bərpası işləri aparılır.
 
“Azəravtoyol” ASC-dən Axar.az-a verilən məlumata görə, hər iki avtomobil yolu iki hərəkət zolaqlı olmaqla hərəkət hissələrinin eni 7 metr təşkil edir.
 
Xaçmaz-Xudat avtomobil yolunda ağır tonnajlı maşınların intensiv hərəkəti nəticəsində qabarmış və dağılmış asfalt-beton örtüyü frezlənərək, ərazidən daşınır. Bunun əvəzinə hamarlayıcı və aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə 150 min kvadratmetrdən çox ərazinin asfaltlanması nəzərdə tutulur.
 
“Yolun 1,3 km-lik hissəsində torpaq yatağının və yol əsasının yararsız qruntu qazılaraq, çıxarılır. Bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilir. Bundan başqa, çiyinlər bərkidilir, zəruri olan yerlərdə yeni su boruları qoyulacaq, mövcud boruların giriş-çıxışları təmizlənəcək”, – deyə məlumatda vurğulanıb.
 
Xudat-Nabran avtomobil yolunda da intensiv hərəkət nəticəsində dağılmış və qabarmış hissələr bərpa olunur. Hazırda yol boyu torpaq yatağı və yol əsası kipləşdirilir. Daha sonra həmin hissələrin asfaltlanması işləri həyata keçiriləcək.
 
Hər iki yolda işlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb olunub.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org