31 May 2016 16:58 – xeber –
Əməkdar artist Tünzalə Ağayeva və müğənni Samir Cavadzadə tədbirlərin birində fotokameraya tuş gəliblər.
Axşam.az-ın məlumatına görə, uzun müddətdir qarşılaşmayan ifaçıların səmimi görüşü diqqət çəkib.
Duetlərdən danışan S.Cavadzadə təklifləri geri çevirdiyini bildirib:
"Mənə o qədər duet təklifi gəlir ki… Dueti sevirəm, amma oxumuram. Hər şeyin bir səbəbi var. Mən duetə başqa cür yanaşıram, qarşı tərəfsə fərqli. Bu, mənə bir musiqiçi kimi pis təsir edir. Bir yerdə yaradılan mahnı əsərdir, ona diqqətlə yanaşmaq lazımdır".