Trump yene muselmanlara qarsi cixdi

3 Yanvar 2016 23:45 – xeber –
Donald Trump Somalidə qiyamçı əl-Şəbabın yaydığı videodan sonra yenidən müsəlmanların ABŞ-a daxil olmasına qarşı çıxış edib.
Olkem.az BBC-yə istinadən bildirir ki, respublikaçıların prezidentliyə namizədi deyib ki, başqalarından fərqli olaraq o "problemi" göstərdiyinə görə insanlar ona minnətdarlıq bildirib.
"İndi insanlar məsələyə daxil olur", o CBS News-a bildirib.
ABŞ-ın Kaliforniya ştatında 14 nəfərin ölümü ilə nəticələnən atışmalardan sonra cənab Trumpın çağırışı geniş qınağa səbəb olub.
Başqa respublikaçılar, Ağ Ev və Britaniyanın baş naziri David Cameron da onu tənqid edənlər sırasında olub.
Əl-Qaidənin Somalidəki tərəfdarı, Əl-Şəbabın təbliğat videosunda Trumpın çağırışının görüntülərindən istifadə edilərək müsəlmanlar müqəddəs müharibəyə çağrılıb.
Trump bununla bağlı CBS News-un "Face the Nation" proqramında deyib ki, "bax, burada problem var".
"Mən onu qaldırdım. Başqa insanlar məni cəsarətli adlandırdı, çünki bu, doğrudur, lakin heç kim məsələyə girmək istəmirdi."
"Fərqli düşüncəyə sahib olan insanlar isə indi deyir ki, bilirsiniz, bəlkə Trump səhv deyildi. Biz onu öyrənməliyik."
Əl-Şəbabın videosu afro-amerikalıları İslam dinini qəbul etməyə və "müqəddəs müharibədə" iştiraka səsləyib.
Görüntülərdə deyilir ki, "irqçilik, polis zorakılığı və anti-müsəlman hisləri ABŞ-da çoxdur".
Son illərdə Minnesota ştatında yaşayan bir çox somalili amerikalılar əl-Şəbaba qoşulub.
Somali hökümətini devirməyə əl-Şəbab ciddi Şəriət qaydaları ilə yaşamağı yayır. Qrup, həmçinin Keniya və Efiopiyada da fəaliyyət göstərir.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org