Trofimcuk: “Bir azerbaycanli mene demisdi ki…”

09:00 – xeber – Heç kim zəmanət verə bilməz ki, Qafqaz və Tatarıstan yenidən özlərinə daha çox müstəqilliyin verilməsi məsələsini qaldırmayacaq.
 
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Onun sözlərinə görə, Rusiyanın parçalanması və ya tənəzzülü heç kim xeyir gətirməyəcək:
 
“Bizim hamımız – həm Rusiya, həm də ki, ona yaxın olan respublikalar SSRİ-nin parçalanması təcrübəsinə sahibik. Ona görə də bu hadisənin bizim ölkələrimizdə yenidən baş verməyəcəyini söyləyə bilmərik. Üstəlik, bu ölkələrin hamısı birgə və ya ayrı halda daha zəif SSRİ hesab edilirlər. Ona görə də Rusiyanın parçalanması haqqında danışarkən bunu hər kəs öz dövlətinə də aid etməlidir. Azərbaycanın məşhur xadimlərindən biri (artıq ölüb – Q.T.) mənə on il əvvəl demişdi: “Biz heç vaxt Rusiyaya parçalanmanı arzulamırıq. Biz anlayırıq ki, onun süqutu miqyasına və nəticəsinə görə Məsihin ikinci dəfə çarmıxa çəkilməsi demək olacaq”. “Blomberq” və digər Qərb agentliklərinin reytinqinə qarşı Rusiyada daxili reytinq də tərtib olunur. Burada da eyni faizlər olur, sadəcə, hər şey Qərbdəkilərin söylədiklərinin əksinə göstərilir. Ona görə də biz reytinqə yox, real şəraitə nəzər salmalıyıq. Heç kim zəmanət verə bilməz ki, Qafqaz və Tatarıstan yenidən özlərinə daha çox müstəqilliyin verilməsi məsələsini qaldırmayacaq. Burada heç bir uydurmaya ehtiyac yoxdur. Belə ki, Tatarıstan özünü Rusiya ilə birləşmiş dövlət sayır. Lakin xəritənin yalnız bu hissəsində dayanmaq doğru olmazdı. Qəflətən yeni ağır məsələlər maliyyə problemləri ucbatından da baş qaldıra bilər. Hazırkı böhran iqtisadi yox, daha çox hərbi-siyasidir. O, bütün postsovet məkanına yayılıb və artıq ondan heç kim qaça bilməyəcək. Mən bəzi yaxın qonşuların yerinə olsaydım, Rusiyanın süqut etməyini arzulamazdım. Tutaq ki, günlərin birində səhər Rusiyaya nəsə olsa, artıq naharda ona yaxın olan ölkələrdə də nə isə baş verəcək”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org