"Transxezer"le bagli tarifler tetbiq olunur – Bu tarixde

– xeber – Bakıda keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası öz işini yekunlaşdırıb.

 

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən tədbirin yekunlarına dair protokol imzalanıb.

 

Protokolda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda, Çin, Orta Asiya regionundan – Qara Dəniz hövzəsi, Ukrayna, daha sonra Avropaya və əks istiqamətdə rəqabətədavamlı tariflərin tətbiqi nəzərdə tutulur. Həmin tariflər mayın 17-də Gürcüstanda keçiriləcək işçi qrupunun növbəti iclasında dəqiqləşdirilərək iyunun 1-dən tətbiq olunacaq.

 

Sənəddə Dostık/Altıngöl – Aktau – Bakı (Ələt) – Batumi marşrutu üzrə konteyner yükdaşımalarının təşkili qaydalarına dair bənd də öz əksini tapıb. Burada qatarların orta sürəti, uzunluğu və hərəkət cədvəlinin tətbiq olunması qeyd olunub.

 

Eyni zamanda işçi qrupunun üzvləri Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun 2016-cı ilə fəaliyyət planını müzakirə ediblər və Koordinasiya Komitəsinin növbəti iclasının gündəliyini təsdiq ediblər.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org