– xeber – ABŞ-ın Liviya siyasəti fəlakət idi.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədi Donald Tramp deyib.
O, heç vaxt Liviyanın mərhum lideri Müəmmar Qəzzafinin tərəfdarı olmadığını bildirib:
"Qəbul edilən qərarlar Liviyada vəziyyəti fəlakətə çevirdi. Hilari Klinton isə həmin vaxt Dövlət katibi idi. Nəticədə bu gün İŞİD Liviya neftinə nəzarət edir və biz onlara qarşı heç bir addım atmırıq. Mən heç vaxt Qəzzafinin tərəfdarı olmamışam və genişmiqyaslı müdaxiləni dəstəkləməmişəm. Qəzzafi və təfərdarlarını müəyyən yollarla sıradan çıxarmaq olardı".