Tramp prezident secilerse… – Politoloq

14:01 – xeber – Cənubi Qafqazda Rusiya-ABŞ əməkdaşlığı Azərbaycanın maraqlarına cavab verir.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi ABŞ prezidentliyinə hazırkı namizədləri – Donald Trampla (Respublikaçılar) Hillari Klintonu (Demokratlar) Azərbaycanla gələcək münasibətlərin perspektivi baxımından müqayisə edib:
 
“Tramp seçkiqabağı çıxışlarında ABŞ-la Meksika arasında divar hörəcəyini, miqrantları ölkəyə buraxmayacağını, Putinlə dostlaşacağını, müsləmanların ABŞ-a girişini qadağan edəcəyini dedi. Bu fikirlər böyük qalmaqala səbəb oldu. Bütün bunlar dünyada mənfi reaksiya doğurduğu kimi, Azərbaycanda da narahatlıqla qarşılanır. Trampdan fərqli olaraq Klinton seçicilərinə yerinə yetirilməsi mümkün olmayan vədlər vermir. Azərbaycan Klintonun prezidentliyinə müsbət baxır, çünki onun Cənubi Qafqaz və iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı haqqında təsəvvürü var. Üçüncüsü isə Klinton Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini anlayır. O, prezident seçilərsə, ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığı davam edəcək”.
 
Politoloqa görə, Donald Tramp prezident seçiləcəyi təqdirdə ABŞ-Azərbaycan münasibətlərindəki 24 illik konstruksiya dağılacaq:
 
“Donald Trampdan başqa ABŞ-ı Konqres qanunları, Dövlət Departamentinin və Pentaqonun təlimatları da idarə edir. Bundan başqa, ABŞ-ın milli və təhlükəsizlik maraqları var ki, Tramp bu amilləri kənara qoya bilməyəcək. Yəni, Ağ Evin yeni sahibi Krımın işğalını arxa plana atıb, Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq. Əks halda bu, ABŞ-ın dünyadakı nüfuzuna zərbə vuracaq. ABŞ ənənəvi müttəfiqi AB-nin inamını da itirəcək. Bundan başqa, Konqresin dəstəyi olmadan Tramp heç bir islahat təşəbbüsünü həyata keçirə bilməyəcək. Konqresdə respublikaçılar üstünlük təşkil etsələr belə, konqresmenlərin böyük əksəriyyətinin Trampın ekstravaqant islahatlarına dəstək verəcəyi böyük şübhə doğurur.
 
Azərbaycan Trampın prezident seçilməsindən narahat olmamalıdır. Cənubi Qafqazda Rusiya-ABŞ əməkdaşlığı Azərbaycanın maraqlarına cavab verir. Rəsmi Bakının Ağ Evin yeni sahibindən əsas istəyi Azərbaycanın ərazi bütövlüyü siyasətini, təhlükəsizlik və enerji sahəsində əməkdaşlığı davam etdirməsidir”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org