Tramp Obama ve Hillari Klintonu İŞİD-i yaratmaqda ittiham etdi

3 Yanvar 2016 13:53 – xeber –
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq istəyən və bunun üçün kampaniya aparan milyarder iş adamı Donald Tramp Birləşmiş Ştatlar prezidenti Barak Obamanı və sabiq dövlət katibi Hillari Klintonu İŞİD terror qruplaşmasını yaratmaqda ittiham edib.
Report xəbər verir ki, "Associated Press" agentliyi "Youtube" kanalında D.Trampın Mississippidə tərəfdarları qarşısında çıxışını əks etdirən videoçarx yerləşdirib. Qeyri-adi davranışları və sözləri ilə gündəmdə qalmağı bacaran milyarder-siyasətçi bu dəfə Səudiyyə Ərəbistanında şiə alimi Nimr əl-Nimrin və onunla birlikdə 46 nəfərin edam olunmasından sonra Tehranda Səudiyyə Ərəbistanı səfirliyi qarşısında keçirilən etiraz aksiyalarına və səfirliyə hücuma münasibət bildirərib. D.Tramp çıxışında ciddi ittiham irəli sürüb: "İŞİD-i Barak Obama və Hillari Klinton yaradıb".
Qeyd edək ki, əvvəllər dövlət katibi postunu tutan və Demokratlar Partiyasının prezidentliyə namizəd kimi irəli sürəcəyi gözlənilən H.Klinton daim D.Trampla qarşılıqlı sözlü "hücumlar" həyata keçirir. Milyarderin son fikri isə xanım siyasətçinin "Tramp İŞİD-ə ən çox qüvvə toplayan şəxsdir" sözlərinə cavab olaraq səslənib.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org