Tovbenin heyata kecmesi ucun lazim olan 4 esas amil

7 Yanvar 2016 23:20 – xeber –
Tövbə etməyin qanun və qaydaları vardır ki, əgər ona riayət olunarsa, tövbə qəbul olunar. İnsan həyatında onu əhatə edən bütün canlıların onun üzərində haqqı vardır. Bu haqlara riayət etməmək günah sayılır və dinimiz bunu çox məzəmmət edir.
Olkem.az deyerler.org-a istinadən bildirir ki, insanın boynunda iki haqq vardır: Allahın haqqı, haqqun-nas (insanların haqqı).
Adından da göründüyü ki, Allahın haqqı dedikdə, Allahın insan üzərində olan haqları nəzərdə tutulur. Haqqun-nas dedikdə, insanların bir-biri üzərində olan haqqı nəzərdə tutulur.
İnsan əgər ali mənəvi məqama çatmaq istəyirsə, gərək boynunda olan Haqqullahı və haqqun-nası əda etsin. Çünki bu haqların hər biri salik üçün maneələr törədə bilər.
İnsanın boynuna Allahın haqqı o zaman düşür ki, insan vacibatları yerinə yetirmir, misal üçün namaz qılmır, oruc tutmur, zəkat vermir. Ancaq insan tövbə edib bu haqları qaytarmağa çalışarsa, Allahın rəhməti genişdir və onu qəbul edəcəkdir.
Hətta o kəs ki, ömrü boyu səccadəyə baş qoymamış, zikr etməmiş, Allahı yada salmamışdır – ancaq indi peşman olub, tövbə edərsə Rəhim Allah onun tövbəsini qəbul edər və bağışlayar. Baxmayaraq ki, etdiyi günahların hər biri böyük günahlardır, ancaq bağışlana bilməsi mümkündür. O kəs ki, namaza əhəmiyyət vermir və namazı zay edir – bədbəxt insan deməkdir. Ancaq əgər tövbə edərsə və Allaha tərəf qayıdarsa, bədbəxtlikdən xaric olar.
Tövbənin xalis olması üçün 4 əsas amil lazımlıdır: peşmançılıq hiss etmək, peşmançılığı dilə gətirmək, günahı tərk etməyi qərara almaq və əməllərini islah etmək.
Əgər bu dörd amil hazır olarsa, o zaman tövbə həyata keçər və Allah Təala insanı bağışlayar. Ona görə də İslam dinində ümidsizlik yoxdur və dinimiz ümidsizliyi məzəmmət edir. Əgər günah etmisənsə və buna görə peşmansansa, bunu dilinə gətirib Allah dərgahında ağlayıb sızlayırsansa o zaman Allah tövbəni qəbul edər və səni bağışlayar.
Allah Təala bütün ata və analardan daha mehribandır. Onun rəhməti icazə vermir ki, dərgahına peşman üzlə gəlmiş bəndəsini əliboş geri qaytarsın.
Allaha aid olan günahlarda insanın peşman olması, dilinə gətirib həmin əməli tərk etməsi kifayət edir. Ancaq haqqun-nasa aid olan günahlarda bütün bunlarla yanaşı, insan zülm etdiyi tərəfin halallığını və razılığını da almalıdır.
Bəli, Allah bəndələrini o qədər sevir ki, onlar üçün həmişə nicat qapısı qoyur. İnsanları tövbə etməyə təşviq edir və sülhə dəvət edir.
Əhli-Beytdən (ə) gələn duada oxuyuruq: "Ey Allahım! Sən necə də gözəl Pərvərdigarsan. Nə qədər yaxşı tərbiyə edən və rəhbərsən. Mən necə də pis yetişmişəm. Sən necə də yaxşı sərvərsən. Mən necə də pis bəndəyəm".
"Tövbə edib (öz pis işlərini) düzəltməklə məşğul olaraq (gizlətdiklərini) bəyan edənlər istisna olmaqla! Beləliklə onların tövbəsini qəbul edirəm və əlbəttə ki, tövbələri çox qəbul edən və mehriban Mənəm". ("Bəqərə" 160).

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org