Tolik: "Ne ananizi satmisam, ne de bacinizi…" (FOTO)

10 İyun 2016 11:29 – xeber –
Bakıda özünə təmtəraqlı doğum günü keçirən prodüser Tolik İstanbulda da ad gününü qeyd edib. Natəvan Həbibinin təşkilatçılığı ilə baş tutan doğum günü partisinə Tolikin qardaş ölkədəki dostları qatılıblar.

Olkem.az publika.az-a istinadən xəbər verir ki, Tolikin ad günündə tortlar kəsilib, sağlıqlar deyilib.
 
İnstaqram səhifəsində foto və videogörüntünü yerləşdirən Tolik təəssüratını belə ifadə edib: "İndi də doğum günümü İstanbulda qeyd edirik. Yaman uzandı, lap acı bağırsağa döndü ad günüm".
 
Əldə etdiyimiz məlumata görə, doğum günü partisinin hesabını Natəvan ödəyib.
 
Onu da qeyd edək ki, Tolikin özünə möhtəşəm ad günü partisi keçirməsi sosial şəbəkədə  bəzi insanlar tərəfindən qıcıq doğurub. Onu israfçılıqda qınayıblar, yazıblar ki, bu pulla hansısa kasıbların qarnını doyura bilərdin. Eyni zamanda içki məclisinə görə ona irad tutulub.
 
Bundan qəzəblənən Tolik üzünü həmin adamlara tutub və ürəyini belə boşaldıb: "Mənim ad günümü niyə elədiyimi və bu pula kimlərinsə qarnını doydurmadığımı deyənlərə söyləyirəm. Nə ananızı satmışam, nə də bacınızın qarnından kəsib özümə ad günü keçirmişəm. Əcəb eləmişəm. İkincisinə də qalanda mən kasıblara əl tuturam, siz gedin evdəkilərinizin dərdini çəkin.
 
Burada kişilikdən danışanlar, bacınızdan muğayat olun. Mənim dərdim sizə qalmayıb. Onu da biləsiniz ki, mən ad günümdə içki verməmişəm, bunu orada iştirak edənlər də deyə bilərlər".
Digər şou-biznes və maraqlı xəbərləri oxumaq üçün Olkem.az Şou Facebook səhifəmizə üzv olun.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org