"Tolik cox tehlukeli ve guclu dusmen idi"

5 Mart 2016 12:29 – xeber –

Kimsə deyə bilməz ki, Natavanı idarə edərəm. Kimsə çaşıb bu sözü dilinə gətirməsin. Mən kimisə idarə edə bilərəm, məni yox

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi "Star life" verilişinə açıqlamasında deyib:
"Kimsə efirə çıxıb yekə-yekə danışır. O elə deyil. Hansısa məclisdə kimsə gəlməmişdən əvvəl ətrafı məclisə doluşur, başlayır "Filankəs gəlir". Cəhənnəmə gəlsin. Özlərin çox şişirdirlər, mələk kimi aparırlar. Bir az sadə olun. Siz onları həyatda görün. Sənin nə hörmətin, nə adamın, nə də pulun var. Amma özünü göylə aparırsan. Kim olursan ol, yenə də gəlib kiminsə qarşısında oxuyursan".
N.Həbibi xalq artisti Aygün Kazımovadan da bəhs edib: 
"Biz Toliklə barışığımızla bütün qruplaşmalara son qoymuşuq. Əvvəl var idi, Natavanın tərəfi, Aygünün tərəfi. O tərəf çox idi, amma biz güclü idik. Çox ciddi problemlər yaşanırdı, söhbətlər gedirdi. Bu işin axırı yaxşı olmayacaqdı. Hər şey efirdə göründüyü kimi deyildi. Olan bizim üçümüzə oldu: Aygün-Tolik-Natavan. Kimsə görmədiyi günlərə düşdü, olmadığı məclislərə getdi. İndi yenə istəyirlər ki, aramızı qızışdırsınlar. İndi o ara qızışdırana deyirəm ki, sənə nə? Mənim problemlərimi həll edirdin? Sən dar anımda yanımda oldun? İndi məclisə gedəndə oturub hamıya baxıram. Gəlib mənlə görüşürlər, təəccüblənirəm. Siz hamınız yarım il bundan əvvəl mənə qarşı idiniz. İndi siz harada, mən harada. Sizdən yenə də istifadə edirlər".
Müğənni Tolikin güclü düşmən olduğunu da etiraf edib: 
"Hamının qarşısında tək dayandım. Tolik çox təhlükəli və güclü düşmən idi. Biz üz-üzə gəldik. Amma dedim yox, imkan vermərəm. Həmişə məni itələmək, yerimdən etmək istədilər, amma imkan vermədim. Heç vaxt da vermərəm".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org