Tiflis seckiden sonra: Misa hedefine niye catmadi?

09:04 – xeber – Hazırkı açıqlanan rəqəmlər göstərir ki, Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası 2012-ci ilə nisbətən səs itirib.
 
Bu sözləri Gürcüstanda oktyabrın 8-də keçirilən parlament seçkilərinin nəticələrini Axar.az-a şərh edən politoloq, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. F.Mehdiyevin sözlərinə görə, hakim partiyanın seçkilərdə qazanmasının səbəbi iqtisadi uğurlarıdır:
 
“Gürcüstan Mərkəzi Seçki Komissiyası seçici səslərinin 99,41 faizinin nəticələrini elan edib və sayılmayan səslər artıq heç nəyi dəyişməyəcək. Beləliklə, 48,61 faiz səs toplayan Gürcü Arzusu hakimiyyəti əlində saxlayacaq. Əlbəttə, bu nəticə ötən seçkidən daha aşağıdır, ancaq nəzərə almaq lazımdır ki, Vahid Milli Hərəkat Partiyası da səs itirib və 27,04 faiz seçici dəstəyi qazanıb.
 
Gürcüstanda D`Hondt sistemi tətbiq olunur, yəni digər partiyalar barajı aşa bilmədiyi üçün boş yerlər Gürcü Arzusu və VMHP arasında bölünəcək. Səs faizlərini nəzərə alsaq, deməli, parlamentdə 24 faizdən bir qədər artıq boşluq var və bu ikiyə bölünəcək. Nəticə etibarilə Gürcü Arzusu parlamentdəki yerlərin 50 faizindən çoxunu (təxminən 60 faizini) götürməklə təkbaşına iqtidar olacaq.
 
“Gürcü Arzu”sunun uğurunun səbəbi 8 faizlik iqtisadi artım, milli valyutanın güclənməsi, həmçinin Avropa ilə viza rejiminin sadələşdirilməsidir”.
 
Politoloq vurğulayıb ki, Gürcüstanda xalq hakimiyyətin dəyişməsində maraqlı olmadı:
 
“Buna görə də Gürcüstanın xarici, o cümlədən Azərbaycanla bağlı siyasətində dəyişiklik olmayacaq. Ancaq əlbəttə, Vahid Milli Hərəkat Partiyası ana müxalifət kimi proseslərə təsir imkanını da saxlayacaq”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org