Tiflis mehkemesinden azerbaycanli qadina 17 il hebs


[r32]
– xeber –
Tiflis məhkəməsi azərbaycanlı qadına 17 il həbs cəzası verib.
APA-nın məlumatına görə, bu barədə Gürcüstan baş prokurorluğu məlumat yayıb.
Türkiyədə üç Gürcüstan vətəndaşını öldürən Marneuli sakini Azadə Ömərova və digər iki şübhəli şəxs –Vüqar Quliyev və Elnur Antesov məhkəmə qarşısında cinayət törətməkdə təqsirli biliniblər. Prokurorluqdan bildirilib ki, saxlanılanlar 2016-cı il yanvarın 28-də Türkiyənin Düzcə bölgəsində Marneuli sakini olan Ema Şərifovanı, onun bacısı Elnaz Şərifova və nəvəsi Sahib Həsənovun boğazını kəsərək amansızcasına qətlə yetiriblər. Bundan əvvəl cinayətkarlar birlikdə Düzcəyə gələrək orada yaşayan Şərifovlar ailəsinin etibarını qazanaraq evlərində qalıblar.
Gürcüstan baş prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Azadə Omarova, Elnur Antesov və Vüqar Quliyevə qarşı Gürcüstan CM-nin 109-cu maddəsinin 2 və 3-cü bəndi ilə (iki və ya daha çox şəxsin, tamah üçün bir qrup şəxs və ya sifariş nəticəsində qəsdən adam öldürmə) cinayət işi qaldırılıb, hər üç şəxsi 16 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası gözlədiyi barədə məlumat verilib.
Məlumata görə, Azadə Ömərova cinayət törətdiyini boynuna alıb. Digər təqsirli bilinən şəxslərin məhkəməsi davam edəcək.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org