Tibbi sigortaya ne qeder odeyeceyik?

8 Yanvar 2016 21:43 – xeber –
Azərbaycanda icbari tibbi sığorta ilə bağlı artıq tələb olunan qanunvericilik bazası formalaşsa da, bəzi zəruri məqamlar hələ də açıq olaraq qalır. Olkem.az xezerxeber.com-a istinadən xəbər verir ki, onlardan biri, prosesin necə maliyyələşdirilməsidir. İcbari tibbi sığorta üzrə dövlət agentliyi hazırda bu istiqamətdə işlər aparır. Millər vəkillərinin isə məsələ ilə bağlı təklifləri var.
Ölkəmizdə icbari tibbi sığortanın pilot layihəsinin bu ilin sonunda tədbiqinə başlanması nəzərdə tutulsa da, onun hansı şəkildə maliyyələşəcəyi hələlik məlum deyil.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin fikrincə, tibbi sığorta üçün vətəndaşların əmək fondundan 4-5 faizin ayrılması məqsədəuyğun olardı. Onun da bir hissəsi işçi, digər hissəsi işəgötürən tərəfindən ödənilsin.
Musa Quliyevin sözlərinə görə, bununla yanaşı prosesin həyata keçirilməsi üçün dövlət büdcəsindən və müxtəlif xeyriyyə fondlarından da vəsait cəlb oluna bilər.
Pilot layihəyə gəldikdə isə, hazırda iki variant-konkret rayondan və ya konkret peşədən başlanılması arasında seçim aparılır. Millət vəkili hesab edir ki, 1 – ci variant , yəni rayon üzərində dayanmaq lazımdır. Amma bununla parallel olaraq digər bir pilot layihəsinin də həyata keçirilməsi yaxşı olardı. Söhbət ürək qüsuru olan uşaqların müalicəsindən gedir.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org