Tibbde yeni kesf – "agilli" sargi

6 Yanvar 2016 10:33 – xeber –
Yeni kəşf olunan "ağıllı" sarğı dərinin temperaturuna nəzarət edir, avtomatik surətdə infeksiyaya qarşı dərman buraxır.
AZƏRTAC TRT-yə istinadla xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları içərisində elektronika və dərman olan yeni sarğı növü yaradıblar. Bu sarğı yaraya insanın köməyi olmadan qulluq edir.
Hidrogeldən düzəldilən möhkəm sarğı yetərincə elastikdir, hətta dizdə və dirsəkdə olduğu halda hərəkətləri məhdudlaşdırmır. Onun içində innovasiyalı ötürücülər var. Sarğı dərinin temperaturuna nəzarət edir və avtomatik surətdə infeksiyaya qarşı dərman buraxır. 90 faiz sudan ibarət olan hidrogel insan dərisinin xüsusiyyətlərini təkrar edir. Gel titan, alüminium, silikon, keramika, qızıl kimi materiallarla və adətən elekton komponentlərin hazırlanmasında istifadə olunan başqa maddələrlə güclü qarşılıqlı əlaqə yaradır. Gelin içərisindən keçən titan tellər sarğını cərəyan keçirən edir, onun içinə elektron qurğular, məsələn, yarımkeçirici çiplər yeritməyə imkan verir. Sarğıya işıq diodları da quraşdırılıb. Yaranın temperaturu müəyyən həddə çatanda və ya dərman bitəndə bu diodlar yanmağa başlayır. Sarğı təcili ixtisaslı yardım tələb olunanda uzaq məsafədən həkimi xəbərdar edə bilir.
Yeni sarğının müəllifi Szuanxe Cjao "ağıllı" gelə bənzər elastik, orqanik elektronika hazırlamağa ümid bəsləyir. Bu vasitəni bədənə hətta implantasiya etmək mümkün olacaq.
Qeyd edək ki, "ağıllı" sarğı, ilk növbədə, daim tibbi nəzarət tələb edən və infeksiya riskinin yüksək olduğu yanıqlar üzərində sınaqdan keçiriləcək.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org