Teze Pir mescidi olunu 50 manata yuyur – Elan

11:46 – xeber – Təzə Pir məscidində yuyucuxanalardan istifadə qiymətləri yayılıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən birinin paylaşdığı elanda məscidin xidmətləri yer alıb.
 
Məsciddə mərhumun (mərhumənin) yuyulması 50 AZN-dir. Bura kəfən istifadəsi, sitir kafur, pambıq və kommunal xərclər daxildir.
 
Meyitxanada fəaliyyət göstərən meyit saxlama kamerasının bir günlük xərci isə 20 manatdır.
 
Elanda cənazə namazının pulsuz olduğu qeyd edilib.
 
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinə təqdim etdiyi “Məzar yerləri və məzarlıqlar haqqında” qərar layihəsində dəfn xərclərinin dəfn üçün müavinətin məbləğindən artıq olmamasını təklif edib.
 
Buraya torpağın ayrılması, qəbrin qazılması, dəfn olunma və abidənin qoyulmasından ibarətdir. Əgər vəfat etmiş şəxsin iş yeri varsa, dəfn pulu dediyimiz vəsait onun iş yerindən verilir. Əgər ölən təqaüdçüdürsə, həmin vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir. Təklifdə torpağın pulsuz olması nəzərdə tutulub.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org