Teymur Recebov meglubiyyetden danisdi

00:06 – xeber – Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 superturnirinin V turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, partiyadan sonra Rəcəbov oyun haqda bunları deyib: "Karuana güclü rəqibdir. Çətin partiya alındı. Debütdən sonra aşkar üstünlük hiss olunmurdu. Fiqurları dəyişəndən sonra oyun fərqli istiqamətdə inkişaf etməyə başladı. Ağlarla oynayan rəqibim düzgün gedişlərlə üstünlük qazandı və onu qələbəyə qədər davam etdirdi. Çıxış yolunu axtarsam da partiyada dönüş etmək mümkün olmadı".
 
Əslən italiyalı olan Fabiano Karuana isə Azərbaycan şahmatçısının səhv etdiyini bildirdi: "Qara fiqurların vəziyyəti o qədər pis deyildi. Amma səhv gedişdən sonra onları oyunu dəyişdi. Ağlar üstünlük qazandı. Qara fiqurlar üçün müdafiə olunmaq çətin oldu. Belə də şah fiqurunu əhatəyə almaq lazım gəldi. Sevinirəm ki, qələbə qazandım. Bu gün əldə olunan 1 xal istirahət gününə rahat yollanmağa imkan verəcək. Ümumilikdə turnirdəki vəziyyətimdən razıyam. Hər şey istədiyim kimi davam edir. Hazırda yekun nəticə haqda danışmaq tezdir. Sona 4 tur var. Hər şey dəyişə bilər. Əvvəlcədən söyləmişəm ki, Şəmkirdə qələbə qazanmaq istəyirəm. Ardıcıl üçüncü dəfədir bu yarışda iştirak edirəm. Nəhayət Şəmkiri qalib kimi başa vurmaq istəyirəm.
 
Sabah təşkilatçılar tərəfindən futbol oynamaq təklifi almışam. Ona görə vaxtımı futbola həsr edəcəm".

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org