Terterde top mermisi askarlandi

18:52 – xeber – Tərtər rayonunda top mərmisi və "Qrad" raketinin hissələri aşkar edilib.
 
Bu barədə Axar.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
 
Tərtər rayonu
 
Şıxarx kəndi – 4 ev və həyətyanı sahədə 6 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilərək götürülüb, nəticə etibarilə 25 500 kv.m ərazi yoxlanılıb (FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və DİN-in "102" Xidməti-Zəng Mərkəzi sisteminin məlumatları)
 
Cəmilli kəndi – 1 ev və həyətyanı sahədə 6 partlayış yerinə baxış keçirilib və 3 ədəd "Qrad" raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarilə 8000 kv.m ərazi yoxlanılıb.
 
Ağdam rayonu
 
Qaradağlı kəndi – 3 əkin sahədə 3 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 19 000 kv.m ərazi yoxlanılıb.
 
Füzuli rayonu
 
Horadiz şəhəri – 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 1700 kv.m ərazi yoxlanılıb.
 
4 iyun tarixində 5 ev və həyətyanı sahə, 6 əkin sahəsi, 18 partlayış yerinə baxış keçirilmiş, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd partlamamış 122 mm-lik top mərmisi və 3 ədəd "Qrad" raketinin mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 54 200 kv.m ərazi təmizlənib.
 
Ümumilikdə ANAMA tərəfindən 7 aprel – 4 iyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 573 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 493 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
 
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org