Terterde top mermisi askar edilib – Foto

23:31 – xeber – Mayın 8-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər, Füzuli və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlanıb.
 
ANAMA-dan Trend-ə verilən məlumata görə, hesabat aşağıdakı kimidir:
 
Tərtər rayonu
 
Qarağacı kəndi – 2 ev və icra nümayəndəliyinin həyətyanı sahələrində 10 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilib, mərkəzi məhvetmə ərazisinə daşınıb, gün ərzində 18.100 kv. m ərazi yoxlanılıb.
 
Qazyan kəndi – 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 12 500 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməyib.
 
Qaynaq kəndi – 1 həyatyanı sahəyə baxış keçrilmiş, 5 000 kv. m ərazi yoxlanılıb, 1 şübhəli obyekt aşkarlanıb, obyektin dərində olduğunu və iş gününün sona çatdığını nəzərə alaraq ərazi işarələnib. Ərazidə əməliyyat növbəti gün davam etdiriləcəkdir.
 
(FHN-nin Böhran Vәziyyәtlәrindә İdarәetmә mәrkәzinin mәlumatı)
 
Cəmi: Gün ərzində 4 ev və icra nümayəndəliyinin həyətyanı sahələri də daxil olmaqla 14 partlayış yerinə baxış keçrilib, 35 600 kv. m ərazi yoxlanılıb, 1 ədəd 122 mm-lik top mərmisinin daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə Ərazisinə (MMƏ) daşınmış, 1 sübhəli obyekt isə işarələnib.
 
Füzuli rayonu
 
Şükürbəyli kəndi – 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 410 kv. m ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.
 
Cəmi: 2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilib və 410 kv. m ərazi təmizlənib.
 
Goranboy rayonu.
 
Tapqaraqoyunlu kəndi – 1 həyətyanı sahəyə və 2 partlayış çalasına baxış keçrilib, tam partlamış top mərmisinin qalıqları aşkar edilib, 1 100 kv. m ərazi təmizlənib.
 
Cəmi: 1 həyətyanı sahə və 2 partlayış çalasına baxış keçirilib, 1100 kv. m ərazi təmizlənib, PHS aşkar olunmayıb.
 
8 May tarixində 5 ev və icra nümayəndəliyinin həyatyanı sahə, 2 otlaq sahəsi daxil olmaqla 18 partlayış yerinə baxış keçirilib, 1 ədəd top mərmisi aşkar edilib, daşınması mümkün olduğu üçün daşınıb. Gün ərzində 37 110 kv. m ərazi təmizlənib.
 
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 8 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 448 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 7 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 415 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
 
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org