12:10 – xeber – Tərtər və Ağcabədidə partlamamış mərmi tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Hacıqərvənd kəndinin ərazisində kənd sakini Aftandil Muradova məxsus torpaq sahəsindən 1 ədəd partlamamış tank əleyhinə olan mərmi, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Yuxarı Qiyaməddinli kəndinin ərazisindən 1 ədəd partlamamış top mərmisi aşkarlanıb.