Terterde kimyevi top mermisi tapildi

21:38 – xeber – Tərtərdə kimyəvi tərkibli top mərmisi aşkar edilib.
 
Bu barədə Axar.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən bildiriblər.
 
Mayın 10-da Agentlik tərəfindən Tərtər, Füzuli, Ağcabədi və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat:
 
Tərtər rayonu
 
Qarağacı kəndi – 2 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 152 mm-lik top mərmisi aşkar edilib, gün ərzində 28 000 kv.m ərazi yoxlanılıb.
 
Qazyan kəndi – 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 2 500 kv.m ərazi yoxlanılıb.
 
Əskipara kəndi – əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd ağ fosforlu 122 mm-lik top mərmisi aşkar edilib, 20 kv.m ərazi yoxlanılıb. Sursatın zərərsizləşdirmə əməliyyatları sabah davam edəcək.
 
Cəmi: Gün ərzində 3 ev və həyətyanı sahələrdə, 1 əkin sahəsində 6 partlayış yerinə baxış keçirilib, 30 520 kv.m ərazi yoxlanılıb, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi (ağ fosforlu) və 1 ədəd 152 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb.
 
Goranboy rayonu
 
Tapqaraqoyunlu kəndi – 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 900 kv.m ərazi yoxlanılıb, heç bir PHS aşkar olunmayıb.
 
Ağcabədi rayonu
 
Qaraxanlı kəndi – 1 ev və həyətyanı sahədə, 1 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 11 000 kv.m ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.
 
Füzuli rayonu
 
Şükürbəyli kəndi – 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 464 kv.m ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.
 
 
Mayın 10-da 4 ev və həyətyanı sahədə, 6 otlaq sahəsi daxil olmaqla 12 partlayış yerinə baxış keçirilib, 2 ədəd (1 ədəd 122 mm-lik top mərmisi (ağ fosforlu) və 1 ədəd 152 mm-lik top mərmisi) partlamamış hərbi sursat aşkar edilib. Gün ərzində 42 884 kv.m ərazi təmizlənib.
 
Ümumilikdə ANAMA tərəfindən 7 aprel – 10 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 457 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 419 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
 
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org