[r32]
– xeber –
Rusiyaya məxsus An-26 təyyarəsinin qəzaya uğraması ilə bağlı məsuliyyəti “Ceyş əl-İslam” qruplaşması öz üzərinə götürüb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Livanın “Ad-Diyar” nəşri məlumat yayıb.
Belə ki, terrorçular təyyarə eniş edən zaman 100 metr məsafədən pulemyotla atəş açıb.
Qruplaşmannın bəyanatında deyilib ki, hökumət qüvvələrinin Şərqi Qutada əməliyyatları intensivləşdirməsi cavab olaraq təyyarənin hədəf alınıb.
Qeyd edək ki, An-26 martın 6-da qəzaya uğramışdı. Rusiya Müdafiə Nazirliyi 39 nəfərin ölümü ilə nəticələnən qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini vurğulamışdı.