Terror teskilati sulh bagladi – xalq redd etdi

08:45 – xeber – Kolumbiyanın Prezidenti Cuan Manuel Santos FARK terror təşkilatı ilə sülh bağlanması haqda referendumun rədd edilməsindən sonra atəşkəsin ayın sonuna qədər davam edəcəyini açıqlayıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Santos müzakirə heyətini FARK ilə müzakirələri davam etmək üçün Havanaya göndərib. 31 oktyabrdan sonra atəşkəsin davam edib-etməyəcəyi isə bilinmir.
 
Kolumbiyada tarixi atəşkəs müqaviləsini rədd edən müxalifət də daxil olmaqla, bütün tərəflər sülh istədiklərini bəyan ediblər. Lakin referendumda “yox” kampaniyasının rəhbəri, keçmiş prezident Alvaro Urayb terror təşkilatına çox yumşaq davranıldığını bildirərək, müqavilə mətninin dəyişdirilməsini istəyir.
 
Hökumət müqaviləni rədd edən müxaliflərlə müzakirə üçün ayrı bir heyət yaradıb.
 
Müqavilə təsdiqlənərsə, FARK terror təşkilatı partiya yaradıb 6 aya mülki siyasi proseslərə qatılmağı planlaşdırır.
 
Qeyd edək ki, FARK terror təşkilatı ötən həftə 52 illik daxili müharibəni sonlandıracaq sülh müqaviləsi imzalamışdı. Ancaq bazar günü keçirilən referendumda 50, 24 faiz səslə müqavilə rədd edilmişdi. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org