Terane ile Nazeninin "er dava"si boyuyur

4 Mart 2016 18:36 – xeber –
Müğənni Nazəninin əri Məhəbbət Həsənovla Təranə Qumral arasında olan məhkəmə prosesi Ali Məhkəmədə davam etdiriləcək. 
Olkem.az xeber verir ki, bu barədə aznews.az-a Təranə Qumralın vəkili Vasif İsrafilov məlumat verib. Vəkil bildirib ki, M.Həsənovun Təranə Qumrala qarşı qaldırdığı iddia saxtadır: "Belə bir iddia təmin oluna bilməz, qərəzdir. İşin içində heç bir sübut yoxdur ki, bunu Təranə xanım yazıb. Yəni, Təranə xanıma aid olmayan bir İnstaqram səhifəsində yazı yazılıb. Məhkəmə Məhəbbət müəllimin dostuna, yaxud da onun daşıdığı vəzifəyə görədimi, deyə bilmərəm, ona üstünlük verərək xeyrinə qərar çıxarıb. Bizim də kassasiya şikayəti vermək hüququmuz var. Ümid edirik ki, ölkənin ən böyük orqan sistemi olan Ali Məhkəmə ədalətli qərar verəcək, Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edəcək".
Vəkil əlavə edib ki, diqqət çəkən məqamlardan biri də qarşı tərəfin məhkəmə proseslərində iştirak etməməsidir: "Onların prosesə gəlməməsi əvvəldən işin həll olunduğunu ortaya qoyur. Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərarda göstərilib ki, Təranə xanım üzr istəsin. Axı onun İnstaqram səhifəsi yoxdur. O, necə üzr istəyə bilər? İcrası mümkün olmayan məsələdir". 
Vəkil Təranə Qumralın cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı iddianı da cavabsız buraxmayıb: "Yaşayarıq, görərik. Biz bu prosesi udacağıq". 
Qeyd edək ki, müğənni Təranə Qumral Nərimanov Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli qərarından (5 min manatlıq cərimə) narazı qaldığı üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi. Bakı Apelyasiya Məhkəməsi isə martın 3-də prosesə baxaraq bu məbləği azaldıb 3 minə endirməsi ilə bağlı qərar verib. 
Xatırladaq ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişindən başlayıb. T.Qumral verilişdə Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırıb. 

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org