3 İyun 2016 14:12 – xeber –
"24 min manata aldığım avtomobilə 40 min manat ödəmişəm. Dolların məzənnəsinin yüksəlməsi məni 16 min ziyana saldı".
Olkem.az axşam.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında prodüser Təranə Səmədova deyib.
O, indiyədək banka kredit ödədiyini bildirib:
"Kreditim dollarla olduğu üçün ziyana düşdüm. Hələ də pulu axıra kimi ödəyib başa çatdırmamışam".
Bir müddət əvvəl avtomobil qəzası keçirən Təranə ona dəyən ziyanı açıqlayıb:
"Digər maşının xərcini özüm ödədim. 2 min manata başa gəldi. Öz avtomobilimə isə on min xərc çəkmişəm. Hələ də hazır deyil".
Maraqlı xəbərləri oxumaq üçün Olkem.az Şou Facebook səhifəmizə üzv olun.