Tehsil naziri emr imzaladi: Sabahdan etibaren…


[r32]
– xeber –
Sabahdan Azərbaycanda təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsinə başlanacaq.
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov təhsil işçilərinin 2017-ci il sentyabr konfranslarının keçirilməsi haqqında müvafiq əmr imzalayıb. Əmrə əsasən, konfranslar 2017-2018-ci dərs ilində ümumi təhsil sahəsində qarşıda duran aktual vəzifələri müzakirə etmək və müvafiq təkliflər hazırlamaq məqsədilə təşkil olunacaq.
Ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları 5-12 sentyabr tarixlərində keçiriləcək. Konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində təşkil ediləcək. Konfransların plenar iclaslarında “2016-2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilərək müzakirə olunacaq.
Rayon (şəhər) təhsil şöbələrinə (idarələri) tapşırılıb ki, plenar iclaslarda məktəb direktorlarının, seçmə yolla direktor müavinləri və qabaqcıl müəllimlərin, təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş, qızıl və gümüş medalla təltif olunmuş, yüksək balla ali məktəblərə daxil olmuş məzunların, habelə aidiyyəti təşkilatların, eləcə də QHT-lərin nümayəndələrinin iştirakını təmin etsinlər, plenar və metodik bölmə iclaslarında irəli sürülmüş təklifləri ümumiləşdirib sentyabrın sonunadək Təhsil İnstitutuna göndərsinlər.
Metodik bölmə iclasları isə məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar, fənlər üzrə metodbirləşmə rəhbərləri, məktəb kitabxanaçıları, praktik məktəb psixoloqları və uşaq birliyi təşkilatı rəhbərləri üçün təşkil ediləcək.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org