Tehranda muhum konfrans – İslam hemreyliyi


[r32]
– xeber –
Avqustun 6-da Tehranda “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda birgə konfrans keçirilib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə konfransda çıxış edərək bildirib ki, Azərbaycan və İran xalqları bir-biri ilə qırılmaz tellərlə bağlıdırlar.
QMİ sədri deyib ki, tarixən formalaşmış dostluq və qardaşlıq münasibətləri, ortaq dini dəyərlər, məzhəb birliyi dövlətlərin və xalqların daha da yaxınlaşmasına zəmin yaradır: “Azərbaycanda “İslam Həmrəyliyi İli” qeyd edildiyi bir vaxtda İranda bir araya gəlməyimiz xüsusilə önəmlidir. Zəmanəmizin kabusuna çevrilmiş dini və milli zəmində ekstremizm, ksenofobiya, radikalizm, təkfirçilik, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı dönəmdə bəşərə nicat verəcək ideyaların varlığına ehtiyac duyulur. Belə bir məqamda Azərbaycan prezidenti İlham Əliyev xalqımızın tarixi köklərinə və milli irsinə söykənərək qlobal səviyyədə ümumbəşəri ideyaların carçısı kimi çıxış edir. Prezident İlham Əliyev “Multikulturalizm İli”nin ardınca 2017-ci ili də “İslam Həmrəyliyi İli” elan edərək terrorçuluğa, milli və dini zəmində münaqişələrə həmrəyliklə qalib gəlmək ideyasını ortaya qoydu”.
QMİ-nin sədri bildirib ki, İranın mötəbər din xadimi Ayətullah-üzma Həmədaninin ötən il Azərbaycana səfəri dini-mənəvi sahədə əlaqələrin yaxınlığını göstərir: “Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada dini və milli ayrı-seçkiliyə yol verilmir. Azərbaycanda şiələr və sünnilər eyni məsciddə namaz qılırlar. Azan və bayram vaxtları ilə bağlı təqvim birliyi mövcuddur. Məhərrəm ayının təziyələrində hər iki məzhəbin davamçıları bir arada olurlar. Bu, Azərbaycanın həyat tərzidir, dövlət başçısının vətəndaşlar üçün yaratdığı şəraitin bəhrəsidir”.
Allahşükür Paşazadə qeyd edib ki, ölkəmizin ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan ən son həddədək beynəlxalq hüquq normalarına istinadən ədalətli sülhə nail olmaqda israrlıdır. Şeyxülislam beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə İran dövlətinə təşəkkürünü bildirib.
İranın keçmiş xarici işlər naziri Mənüçöhr Mottaki çıxışında Azərbaycanda İslam dininə yüksək dəyər verildiyinin sevindirici hal olduğunu bildirib. O deyib ki, hər iki xalqın eyni dinə və məzhəbə mənsub olması əlaqələrin inkişafına böyük təkan verir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, müasir dünyanın elə bir regionu yoxdur ki, orada ekstremist qruplaşmalar tərəfindən terror aktları törədilməsin: “Təəssüflər olsun ki, adətən bu terror aktları İslam pərdəsi altında gizlənən, amma əsl İslama heç bir aidiyyəti olmayan terrorçu dəstələr tərəfindən həyata keçirilir. Ən dəhşətlisi isə odur ki, bu cür hadisələrin qurbanı daha çox müsəlmanlar olmasına baxmayaraq, qınanan da məhz onlar olur. Ümumiyyətlə, din və terrorizm bir-birinə zidd anlayışlardır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer yoxdur. Dünya xəritəsinə nəzər salsaq görərik ki, müsəlmanlar dünya əhalisinin təqribən 23 faizdən çoxunu təşkil edir. Həmçinin planetimizin quru sahəsinin 19 faizi müsəlman dünyasının ərazisindədir. Olduqca strateji əhəmiyyətə malik olan bu məntəqələr yeraltı və yerüstü sərvətlərlə zəngindir. Hazırda dünyada olan neft ehtiyatlarının təxminən 62, təbii qazın isə 60 faizi müsəlman ölkələrinin payına düşür. Bu isə onu göstərir ki, müsəlman ölkələri dünya siyasətində çox ciddi rol oynayır. Odur ki, İslamın nüfuzdan salınmasında, nüfuzuna xələl gəlməsində maraqlı olan dairələr var. Halbuki müsəlman ölkələrində terror törədənlərin İslam adı altında fəaliyyət göstərən və bəzi dairələr tərəfindən maliyyələşdirilən qruplar olduğu artıq heç kəsə sirr deyil”.
M. Qurbanlı deyib ki, bu ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi bizim üçün qürurverici olmaqla yanaşı, ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir: “Tarixən Azərbaycanda etnik və dini icmalar arasında möhkəm dözümlülük və dostluq əlaqələri mövcud olub, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik baş verməyib. Bir Şərq dövləti, müsəlman ölkəsi kimi Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması təkcə İslam dünyası üçün deyil, bütövlükdə bəşəriyyət üçün böyük önəm daşıyır. Bu istiqamətdə əldə edilmiş ən böyük uğur isə Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq ölkə müsəlmanlarının bir araya gələrək eyni vaxtda bir yerdə vəhdət namazı qılmasıdır. Bu hal ənənəyə çevrilərək bu gün digər məscidlərdə də tətbiq olunur”.
Dövlət Komitəsinin sədri bildirib ki, ölkəmiz üçün ən böyük problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində biz digər müsəlman ölkələri kimi, İranın da dəstəyini həmişə hiss etmişik: “İran Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycan torpaqlarının işğalı ilə bağlı fikri açıq və konkretdir, bildirib ki, Qarabağ müsəlman torpaqlarıdır, Onun azadlığı uğrunda ölənlər şəhiddirlər. Azərbaycanın tarixi, əzəli torpağı Dağlıq Qarabağ və yeddi ətraf rayonu Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik
Şurası tərəfindən erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul edilib. Ancaq Ermənistan tərəfi bu qətnamələrə məhəl qoymayaraq işğal etdiyi torpaqlarımızda əcdadlarımızın qəbirlərini, məscidlərimizi, tarixi-mədəni irsimizi dağıdıb. Xüsusilə işğal olunmuş ərazilərdə dini abidələr təhqir obyektinə çevrilib. Ermənistan tərəfindən qəsdən Şuşa və Ağdam məscidlərində İslam dininə görə haram və murdar olan heyvanlar saxlanılır. Münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, məcburi köçkün həyatı yaşayır”.
M.Qurbanlı vurğulayıb ki, İran ilə Azərbaycanın dostluğu iki xalqın əlaqələrinin inkişafına imkan yaratmaqla yanaşı, ümumilikdə, müsəlman dünyasının bu gün çox ehtiyac duyduğu həmrəyliyə öz töhfəsini verə bilər.
Azərbaycanın Rusiyadakı səfiri, UNESCO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlu çıxışında bildirib ki, belə konfransların təşkili yalnız faydalı ola bilər. İran ilə Azərbaycanın eyni dinə mənsubluğu hər iki ölkənin beynəlxalq arenada həmrəylik nümayiş etdirmələrini və nümunə göstərmələrini əsaslandırır. Öz fəaliyyəti haqqında məlumat verən P.Bülbüloğlu İranın da UNESCO çərçivəsində fəal işlədiyini bildirib və xatırladıb ki, o, bu qurumun baş direktoru vəzifəsinə yeganə müsəlman namizəddir. P.Bülbüloğlu namizədliyinin İran nümayəndələri tərəfindən dəstəklənəcəyinə əminliyini ifadə edib.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov çıxış edərək təbliğat məsələlərində informasiyanın əhəmiyyətindən danışıb.
Konfransda İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyasının Müşahidə Şurasının üzvü, islamşünas alim Axund Rəhbəri, Ayətullah Məhəmməd Təsxiri, Qafqaz Müsəlmanları İdarəsinin elmi-dini şurasının sədri, akademik Vasim Məmmədəliyev, İranın keçmiş xarici işlər naziri Mənüçör Mottaki, İran İslam Respublikası Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaq Nejat, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, İmam Sadiq Universitetinin müəllimi doktor Derəxşe və başqaları çıxış edərək İslam həmrəyliyinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, İslam həmrəyliyi yalnız İslam aləmində deyil, bütün dünyada sülhün və əmin-amanlığın bərpasına kömək edə bilər.
Konfrans mövzu ilə bağlı müzakirələrlə davam edib. Konfransda Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org