Tebrizin icra bascisi: “Biz isteyirik ki, Azerbaycana…”


[r32]
– xeber –
İranda səfərdə olan azərbaycanlı jurnalistlər Təbrizin icra başçısı Rəhim Şöhrətifər görüşüblər.
APA-nın Təbrizə ezam olunmuş əməkdaşının xəbərinə görə, R. Şöhrətifər qeyd edib ki, hər iki dövlətin tarixi bağlılığı var. O, Təbrizin 2018-ci ildə "İslam ölkələrinin turizm paytaxtı" elan olunduğunu xatırladaraq 2019-cu ildə bu adın Bakıya veriləcəyini söyləyib: “Bu, təsadüfi deyil. Çünki bizim tariximizin, mədəniyyətimizin və əhalimizin qonaqpərvərliyi hər iki şəhərə bu adın verilməsinə imkan verib”.
R. Şöhrətifər deyib ki, İrandan Azərbaycana çoxlu sayda turist səfər edir: "Biz çalışmalıyıq ki, bu ittifaqı genişləndirək və Azərbaycandan da İrana gələn çox olsun. Biz istəyirik ki, Azərbaycan hökuməti İrandan gələnlərdən viza almasın, bununla da Təbrizdən Azərbaycana çoxlu sayda turist getsin. Təbriz tarixi cəhətdən İranın ən böyük şəhəridir. Təbrizin tarixi və görməli yerləri çoxdur. Jurnalistlər də çalışmalıdır ki, bu yerlərlə tanış olub, bunları Azərbaycan ictimaiyyətinə, azərbaycanlı turistlərə çatdırsınlar”.
Qeyd edək ki, Təbriz bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycan jurnalistləri Təbriz şəhərində səfərdədir. Səfər avqustun 30-dan sentyabrın 2-dək davam edəcək.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org