Tarif Şurasinin selahiyyetlerinden biri legv edildi

13:40 – xeber – Nazirlər Kabineti “Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
 
APA-nın məlumatına görə, indiyə qədər “Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası”na əsasən məhsulun sertifikatlaşdırılması üzrə xidmətlərin xərci, nəticəsindən asılı olmayaraq, Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə ərizəçi tərəfindən ödənilib.
 
Dəyişikliyə əsasən isə Tarif (qiymət) Şurasının bu sahədə səlahiyyəti ləğv edilib. Başqa sözlə, bundan sonra məhsulun sertifikatlaşdırılması xidmətinə görə dövlət rüsumu ərizəçi tərəfindən ödəniləcək. 
 
“Yeyinti məhsullarına baytarlıq şəhadətnaməsinin verilməsi Qaydası”nda da müvafiq dəyişiklik edilib. İndiyə qədər baytarlıq nəzarətində olan yeyinti məhsullarına şəhadətnamə verilməsi üzrə xidmətlərin xərci, nəticəsindən asılı olmayaraq, Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə ərizəçi tərəfindən ödənildikdə şəhadətnamə verilibsə, bundan sonra baytarlıq nəzarətində olan yeyinti məhsullarına şəhadətnamə verilməsi üzrə dövlət rüsumu ərizəçi tərəfindən ödənildikdə şəhadətnamə veriləcək. 
 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org