“Tapsiriqlarin haradan geldiyini aca bilerik”

08:00 – xeber – 1990-cı ilin yanvarında baş vermiş faciələri görəndə Bakıda bir nəfər belə rus dilində danışan qalmamışdı. Ancaq sonradan bu, çox tez unuduldu. Hazırda milli problemə çevrilən bu məsələ bizi narahat edir. Rus dilinin Azərbaycanda önə keçməsi problemi dövlət səviyyəsində qaldırılmalıdır.
 
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Dil Qurumunun başqanı, xalq şairi Sabir Rüstəmxanlı deyib. Onun sözlərinə görə, bu məsələ qanunla həll olunur:
 
“Yəni ölkə əhalisi kimliyindən, hansı millətə məxsus olmasından asılı olmayaraq, ibtidai təhsilini dövlət dilində almalıdır. Dövlət tərəfindən maliyyələşdirilən məktəblərdə təhsil ancaq ana dilində tədris olunur. Əgər başqa xalqlar özləri üçün məktəb açmaq istəyirlərsə, bu, artıq həmin şəxslər tərəfindən maliyyələşdirilir. Rusdilli məktəblərin və təhsili inkişaf etdirməyə çalışan qüvvələrin qarşısını almaq üçün bir çox ölkələrdə, ümumiyyətlə, orta məktəblərdə rus dili bölmələri ləğv olunur. Yəni qanunla məktəblərimiz anadillidir, rusdilli məktəblər isə ölkədəki rusların sayına görə açılır və bunu heç kim qadağan etmir.
 
Əgər diqqət edilsə, rusdilli təhsildə anti-Azərbaycan, anti-türk ovqatı, münasibəti var. Uşaqlarını rus dilində oxudanların əksəriyyəti Azərbaycan soyadını daşıyır. Ancaq onların bir hissəsi Azərbaycanda milli azlıqlardır. Vaxtilə ölkədə milli azlıqların dilində məktəblər də açılmışdı. Onlar təəssüf ki, bunun perspektivinin olmadığını gördükdən sonra əvvəlcə Azərbaycan dilində oxusalar da, sonradan ruscaya keçdilər. İndi də rus bölmələrində oxuyanların əksəriyyəti azsaylı xalqların nümayəndələridir. Onlar Azərbaycanda vəzifə və hər cür imkan sahibidirlər, ancaq yerli xalqın dilinə hörmət bəsləmirlər. Bu məsələ araşdırılmalıdır. Çünki ortada gizli bir şey yoxdur və açıq şəkildə bildirilməlidir ki, əgər Azərbaycan vətəndaşlığı daşıyırlarsa, ölkənin qanunlarına da hörmət göstərməlidirlər”.
 
S.Rüstəmxanlı hesab edir ki, rus dilində təhsilə meylin artmasına təsir göstərən digər mühüm amil elit təbəqənin müəyyən hissəsinin uşaqlarını rus məktəblərində oxutdurmasıdır:
 
“Bu gün araşdırma aparılsa, məmurların uşaqlarının böyük əksəriyyətinin rus və ya kənar məktəblərdə oxuduğu və ana dilini bilmədikləri üzə çıxar. Mən bunun dəfələrlə şahidi olmuşam. Öz dilində danışmayan, övladını ana dilində oxutmayan birisi bu dövlətə xidmət edə bilməz. Eyni zamanda, etiraf edək ki, vaxtilə Rusiyada yaşamış azərbaycanlıların geri qayıtdıqdan sonra kənar bir dövlətin dilini ölkədə yaymaları da prosesə təsirsiz ötüşmür”.
 
S.Rüstəmxanlı qeyd edib ki, ölkədə rusdilli təhsilin önə keçməsi probleminə dövlət səviyyəsində önləyici tədbirlər görülməlidir:
 
“Azərbaycan iş adamları, ölkə idarələri elan verdikdə nədənsə üç – Azərbaycan, rus və ingilis dilini tələb edirlər. Nəyə görə gəncləri bu qədər gözüqıpıq edirlər? Əgər ingilis Azərbaycanda işləyirsə, qoy zəhmət çəksin, Azərbaycan dilini öyrənsin. Bu gün bu sahədə yetərincə dil biliklərinə malik olan gənclərimiz var. Azərbaycanda işləmək üçün rus və ya ingilis dilinin tələb olunması gülüncdür. Bu problem Azərbaycanı gələcəkdə böyük çətinliklərlə üzləşdirə bilər.
 
Bu gün biz düşmənlə üzə-üzəyik və gənclərimiz ana dilini, tarixini, mədəniyyətini, varlığını yüksək səviyyədə bilməsələr, Azərbaycanı diplomatik səviyyədə necə təmsil edəcəklər, ölkəyə nə xeyir verəcəklər? Bu problem hazırda çox ciddi, milli bir məsələyə çevrilib. Bizə çatan başqa məlumatlar da var ki, bəzi qüvvələr gizli şəkildə Azərbaycanda rus məktəblərinin sayını artırmaqda maraqlıdırlar. Bu isə birbaşa gizli şəkildə anti-Azərbaycan təbliğatından xəbər verir. Əgər gərəkərsə, bu tapşırıqların haradan gəlməsinə dair ünvanlar da açıla bilər”.
 
Qeyd edək ki, son 5-6 ildə Bakıda ümumitəhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb. Hazırda məktəblərin Azərbaycan bölmələrində rus bölməsinin faizi orta göstəricidən 2%-ə qədər yüksəkdir. Ölkənin 300-ə yaxın ümumtəhsil məktəbinin rus bölməsində 170 minə yaxın şagird oxuyur ki, bu da ümumi şagirdlərin 15 faizinə bərabərdir.
 
Müqayisə üçün bildirək ki, 1990-cı illərin sonlarında rus bölməsində 107 min şagird oxuyurdu və onların payı ümumi şagird sayında 7%-ə çatırdı. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org