Taninmis rus yazici: "Rusiya dagilacaq"

– xeber – Tanınmış rus yazıçısı Vladimir Sorokinin ölkədəki vəziyyətlə bağlı dəyərləndirmələri yenidən gündəmə gəlib. Son zamanlar Türkiyə ilə olan münasibətlərin Suriya faktoru ilə daha da gərginləşməsi tanınmış yazıçının fikirlərini yenidən gündəmə gətirib.

 

Cebhe.info xəbər verir ki, Sorokin Almaniya mətbuatına müsahibəsində ölkədəki siyasi durumu və rusların arağa olan məhəbbətinin səbəbini şərh edərkən deyib:

 

“Ruslar üçün ana və araq dopinq kimidir. Rusiyada dövlət sanki yad, düşmən bir sferadır. Dövlət və şəxsi əmlak arasında açıq-aydın sərhəd var. Sanki bu iki Berlin arasındakı divara bənzəyir. İnsanlar öz şəxsi mənzillərindən çıxan kimi bu dövlət mülkiyyətindən imtina edirlər. Məsələn, mən 3 il əvvəl Berlinin Şarlottenburq rayonunda mənzil aldım. Orda mən daha çox zaman keçirdim. Rusiyadan daha çox orda olurdum. Almaniyada mən küçəyə çıxanda düşünmürəm ki, nədənsə qorxmaq lazımdır. Ən böyük fərq ondadır ki, Almaniyada dövlət insana xidmət edir, Rusiyada isə əksinə insan dövlətə xidmət edir”.

 

Sorokin bildirib ki, hazırda Rusiyada dəhşətli siyasi durum və iqtisadi böhran yaranıb: “İnsanlar başa düşür ki, artıq bundan sonra yaxşı heç nə olmayacaq. Xalq çox pis əhval-ruhiyyədədir”.

 

Yazıçı belə güman edir ki, Rusiyada insanlar ölkənin gələcəyinin heç də xoş olmayacağını artıq qəbul ediblər: “Hamı bilir ki, normal gələcək olmayacaq. Bilirlər ki, Putin də çıxış yolunu bilmir. Və bu, çox təhlükəli durumdur”.

 

Bundan başqa yazışı Rusiyanın dağılacağını da proqnozlaşdırıb. Ölkənin dağılması ssenarisini yazıçı öz əsərlərindən birində də əks etdirib.

 

“O, yəni dağılma prosesi artıq başlayıb. Rusiyada hakimiyyət piramidası var. Bu piramidanın başında ancaq bir nəfər dayanır. Onu ancaq güc xilas edə bilər. Belə ölkələrdə məsələn, təhsil normal inkişaf edə bilməz. Ancaq nəzərə almaq lazımdır ki, Stalinin zamanında olduğu kimi genişmiqyaslı terror mümkün deyil. Bu isə o deməkdir ki, Rusiya dağılacaq”.

 

Yazıçı öz ölkəsində daha az vaxt keçirdiyini bildirib. Qeyd edib ki, ölkə paytaxtı xeyli dəyişib, ancaq yaxşılığa doğru yox: “Şəhər pisliyə doğru dəyişib. Orda artıq daha az insanlıq var. 70-ci illərdə dar Moskva küçələri ilə gəzməyi çox xoşlayırdım. Ancaq indi bu mümkün deyil. Hər yerdə çirkli maşınlar var. Artıq Moskva şəhər deyil, hakimiyyətin yaşadığı yerdir. Kreml və Qızıl Meydan da özlüyündə təhlükə doğurur. Sözün həqiqi mənasında hiss edirsən ki, ora təhlükəli yerdir. Moskvada baş verən hər şey hakimiyyətin xeyrinədir, xalqın yox”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org