TANAP-la bagli daha bir tenderin qalibi bilindi

23:35 – xeber – TANAP layihəsi çərçivəsində həyata keçirilən daha bir tender sona çatıb.
 
ANS PRESS-in məlumatına görə, “Tekfen Holding”in “Tekfen İnşaat ve Tesisat A.Ş.” şirkəti Azərbaycan qazının Türkiyəyə və Avropaya daşınmasını nəzərdə tutan Trans Anadolu qaz Boru Kəməri (TANAP) layihəsinin  kompressor və ölçmə stansiyalarının mühəndislik, təchizat və tikinti işlərini öz öhdəsinə götürüb.
 
Bu işlərin smeta dəyəri 457 milyon dollar təşkil edir. Layihənin tamamlanması müddəti 39 ay müəyyən olunub.
 
Ötən ilin iyun ayından başlayan tenderdə iştirak üçün 11 şirkət müraciət etmişdi. Artıq 2 kompressor və 4 ölçmə stansiyasının tikintisi üçün adıçəkilən şirkətlə razılaşma imzalanıb.
 
TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır.
 
TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlk qaz ixracatının 2018-ci ildə həyata keçiriləcəyi gözlənilən TANAP boru kəməri ilə ilk öncə 16 milyard, daha sonra 24 milyard və 31 milyard kubmetr təbii qaz daşınması planlaşdırılır.
 
TANAP-ın ötən ay tamamlanan Əskişəhərdən Yunanıstan sərhədinə qədər olan 459 kilometrlik hissəsinin tikintisinin tenderini Punj Lloyd-Limak  şirkəti qazanıb.
 
Fevralın 2-də Türkiyənin Ankara bölgəsinə Dikilitaş Məhəlləsində dəmir boruları yerləşdirmək üçün buldozerlərlə qazıntı aparılan zaman yeraltı otaqlar aşkarlanıb. Üzərində xaç simvolları olan otaqların tapılmasından sonra ərazidə aparılan TANAP-ın tikinti işləri dayandırılıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org