Talislari kim qirib: Nuru Pasa, yoxsa dasnak ordusu?

13:17 – xeber – Son günlər çox axmaq və bölücü, həm də ləyaqətsiz bir mövzu ortaya atıblar. Sosial şəbəkələrdə müzakirə olunur deyə münasibət bildirmək məcburiyyətindəyəm.
 
Bolşevik-daşnak ordusu 31 Mart soyqırımı zamanı Azərbaycanın bir çox şəhərlərində (Bakı, Quba, Şamaxı), həmçinin bu gün cənub bölgəsi adlandırdığımız talış bölgəsində də dəhşətli qətliamlar həyata keçiriblər. Xüsusən, Lənkəranın kəndlərində bu qətliamlar ağlasığmaz vəhşiliklə törədilib.
 
Bu gün erməni və rusların qətlə yetirdiyi həmin şəxslərin bir çoxunun məzarı Sütəmurdov qəbiristanlığında var. Yaşlı nəslin nümayəndələri illər öncə bu dəhşətli hadisələr haqqında ürək ağrısı ilə danışardılar. Hətta Lənkəranın yuxarı kəndlərində qətliam o həddə olub ki, aşağı kəndlər Lənkərançayın (Vazarü) Sütəmurdov kəndi ərazisindən keçən hissəsində suyun qırmızı rəngə çaldığını görüblər. Məlum olub ki, bolşevik-daşnak ordusu qırğının kütləvi olduğunu gizlətmək üçün əhalini qırıb çaya tökürmüşlər. Qırğının qarşısını almaq üçün Lənkəranın 10 nəfərə yaxın ağsaqqalı, din xadimi aman diləmək üçün işğalçı ordu ilə danışığa gedir. Amma bolşeviklər onları da şəhid edirlər. Şübhəsi olanlar Sütəmurdov qəbiristanlığında həmin məzarlığa baxa bilərlər.
 
Onu da deyim ki, bu qətliamda çoxsaylı lənkəranlı müsavatçı da şəhid olub.
 
Nuru Paşa özü ümumiyyətlə, Lənkəranda olmayıb. Qafqaz-İslam ordusu Nuru adlı bir zabitin başçılığı ilə Lənkərana gəlib. Yerli əhali həmin Nuru adlı zabitə “Paşa” deyə müraciət edirmiş. Yəqin əhali həmin zabitin Nuru Paşa olduğunu zənn edirmiş.
 
Məhz onun gəlişindən sonra qətliama son verilib, bolşevik-daşnak ordusu Lənkəranda məğlubiyyətə uğrayıb. Təəssüf ki, döyüş zamanı həmin Nuru adlı zabit də şəhid olub.
 
Həqiqət budur: bütün azərbaycanlılar kimi talışları da bolşevik-daşnak ordusu soyqırıma məruz qoyub.
 
Bu həqiqəti demək və yazmaq isə vicdan məsələsidir…
 
Qeyd edək ki, sentyabrın 25-də Moskvada keçirilən postsovet respublikalarındakı separatçıların ikinci qurultayında iştirak edən talış separatçıları Azərbaycan dövləti əleyhinə ciddi ittihamlar səsləndiriblər. Özünü talış xalqının himayəçisi göstərən, əslində isə erməni pulu ilə qula çevrilən Fəxrəddin Aboszodə guya Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun bir neçə günə Azərbaycanda 30 min talışı qətlə yetirdiyini iddia edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org