Taleyimiz cox facieli ola bilerdi – İlham Eliyev

22:31 – xeber – Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, Azərbaycan daim inkişaf etsin, xalqımız rahat yaşasın, ölkəmizdə sabitlik, təhlükəsizlik daim möhkəmlənsin.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbuldakı çıxışında bildirib.
 
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımız və dünya üçün tarixi hadisədir. Ona görə ki, ilk dəfə idi müsəlman aləmində demokratik respublika yaranmışdı. Bu respublikanı Azərbaycan xalqı, onun qabaqcıl nümayəndələri yaratmışlar. Biz təbii olaraq bununla fəxr edirik. Məhz bizdən sonra digər müsəlman ölkələrində demokratik respublikalar yaranmağa başlamışdır. Azərbaycan xalqı və dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə çox böyük hörmətlə yanaşıb və yanaşır, onların xatirəsini qəlbində yaşadır. Əfsuslar ki, Azərbaycan Demokratik Respublikasının ömrü uzun olmadı. Respublika iki ildən sonra süqut etdi. Bu, bir daha onu göstərir ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha da çətindir.
 
Xalqımız üçün yeni dövr – sovet dövrü başlamışdır. Əlbəttə, biz müstəqil deyildik, özümüz müstəqil siyasət apara bilmirdik. Ancaq bununla bərabər, o dövrdə də müsbət məqamlar az deyildi. İlk növbədə, təhsillə bağlı məsələlər öz həllini tapdı və bu gün Azərbaycanda savadlılığın səviyyəsi təxminən 100 faizdir. Elmin, mədəniyyətin, incəsənətin, kənd təsərrüfatının, sənayenin inkişafı sovet dövründə təmin olunmuşdur. Xüsusilə, o dövrdə ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik edirdi. Əgər Sovet Azərbaycanının sosial-iqtisadi statistikasına nəzər salsaq, bunu görmək mümkündür ki, 1970-ci illərə qədər Azərbaycan ən geridə qalmış yerlərdə idi. Ancaq Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan inkişaf etməyə başladı və qısa müddət ərzində donor respublikaya çevrildi. Sovet İttifaqında Rusiya Federasiyasından sonra iki respublika – Belarus və Azərbaycan özünü təmin edirdi və ümumittifaq xəzinəsinə öz maddi töhfəsini verirdi.
 
Bu, böyük nailiyyət idi. Çünki Azərbaycan o illərdə inkişaf etmiş, sənaye müəssisələri yaradılmış, kənd təsərrüfatı sürətlə inkişaf etmiş, xalqımız daha da yaxşı yaşamağa başlamışdır. Hesab edirəm ki, məhz buna görə, məhz o illərdə görülən işlərə və Heydər Əliyevə xalq tərəfindən olan hörmətə görə ən çətin anlarda xalqımız yenə də Ulu Öndərə üz tutdu, 1993-cü ildə onu hakimiyyətə dəvət etdi və bir daha öz müdrikliyini göstərdi. Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsə idi, müstəqilliyimizin taleyi çox faciəli ola bilərdi.
 
1991-ci ildə bərpa edilən müstəqillik böyük tarixi şans, böyük sərvət idi. Ancaq əfsuslar olsun ki, o illərdə ölkəmizə rəhbərlik edən şəxslər bu şansdan istifadə edə bilmədilər. Ölkəmizi xaos bürümüşdü. Daxili çəkişmələr, anarxiya, silahlı quldur dəstələri meydan oxuyurdu. Özbaşınalıq, iqtisadi tənəzzül, hərbi böhran və bütün bu xoşagəlməz hallar nəticədə vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Bu dəhşətli vətəndaş müharibəsində qardaş qanı axıdıldı. Belə bir vəziyyətdən istifadə edən erməni millətçiləri, Ermənistan işğalçıları torpaqlarımızı işğal etdilər. 1992-ci ildə Şuşa və Laçın, 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi əlaqə yarandı.
 
Həmin ağır və faciəli şəraitdə xalq Heydər Əliyevə müraciət etdi. O, bu müraciətə öz dəstəyini verdi, hakimiyyətə gəldi və ondan sonra Azərbaycan inkişaf etməyə başladı. Təxminən üç il vaxt lazım idi ki, iqtisadi sabitləşmə təmin edilsin. Biz bunu statistikadan görürük ki, məhz 1996-cı ildə iqtisadi sabitləşmə əldə edilmiş, ondan sonra isə Azərbaycan iqtisadiyyatı inkişaf etməyə başlamışdır. Siyasi sistem yaradıldı, 1995-ci ildə Konstitusiya qəbul olundu, Azərbaycan xarici investorları ölkəmizə dəvət etdi və inkişaf dövrü başladı. 1993-2003-cü illər inkişaf, sabitlik illəri oldu. Məhz o illərdə dövlətçiliyimizin əsasları qoyuldu, milli ideologiya – azərbaycançılıq ideologiyası xalq tərəfindən dəstəkləndi. Bu gün biz o illərdə həyata keçirilən işlərin bəhrəsini görürük, əlbəttə ki, Azərbaycanı bu möhkəm təməl üzərində uğurla, inamla irəliyə aparırıq.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org