Tahir Ekberin mezari niye deyisdirildi? – Nazirlikden cavab


[r32]
– xeber –
Mədəniyyət və Turizm Nazirliyi bəstəkar Tahir Əkbərin ailəsinin ittihamlarına cavab verib.
Kult.az xəbər verir ki, naziriyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov APA-ya açıqlamasında dəfn və vida mərasimi ilə bağlı təşkilati məsələləri Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyini bildirib:
"Təzə Pir məscidində keçirilən vida mərasimində nazir Əbülfəs Qarayev şəxsən iştirak edib, mərhumun yaxınlarına başsağlığı verib. Dəfn üçün yerin ayrılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən müvafiq yer ayrılıb. Mərhum bəstəkarın məzarının yerinin dəyişdirilməsi yəqin ki, ailəsinin qərarı ilə olub. Tahir Əkbərin əziz xatirəsini ehtiramla yad edir və ona Allahdan rəhmət diləyirik".
Tahir Əkbərin xanımı həyat yoldaşının nəşinin basdırıldığı yerdən çıxarılaraq, mərhumun atasının qəbrində dəfn edildiyini Aznyus.az-a təsdiqləyib.
“Tahir müəllimi ona layiq olmayan yerdə dəfn etdilər. Həmin vaxt orada insanlar vardı və onun harada dəfn olunduğunu gördülər. Mən həmin insanlara hörmət əlaməti olaraq susdum və gözlədim ki, dəfn işi yekunlaşsın. Sonra Tahir müəllimin meyitini oradan çıxartdırdım və özünün vəsiyyət etdiyi yerdə dəfn etdirdim. Tahir müəllim sağlığında demişdi ki, əgər görsən ki, məni adıma, sənətimə layiq olmayan yerdə dəfn ediblər, məni ordan çıxart, atamın məzarında dəfn elə. Səndən son istəyim budur. Mən də baxdım ki, Tahir müəllimi adına, sənətinə layiq olmayan yerdə dəfn ediblər. Ona görə onu orda qoya bilməzdim”, – Tahir Əkbərin yoldaşı Aybəniz xanım deyib.
O bildirib ki, Tahir Əkbərin arzusu İkinci Fəxri Xiyabanda dəfn edilməsi olub.
Qeyd edək ki, əməkdar incəsənət xadimi Tahir Əkbərin martın 2-də dünyasını dəyişib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org