Tahir Ekber olayi: iki insan bir qebirde… – İlahiyyatci


[r32]
– xeber –
Dəfn edilmiş insanın qəbirdən çıxarılması düzgün hesab edilməsə də, inanın öz vəsiyyəti varsa və ailə üzvlərinin ürəyi narahatdırsa, vəfat edənin nəşi qəbirdən çıxarılıb başqa yerdə dəfn edilə bilər.
Bu sözləri Kult.az-a ilahiyyatçı alim Elşad Miri bir neçə gün öncə vəfat etmiş məşhur bəstəkar Tahir Əkbrin dəfnindən bir gün sonra məzardan çıxarılaraq, atası ilə bərabər, eyni qəbirdə dəfn edilməsinə münasibət bildirərkən deyib.
E.Miri bildirib ki, ölən şəxsin nəşi qəbirdən çıxarılan zaman hər hansısa dini mərasimə ehtiyac yoxdur:
“İslam dinində ümumiyyətlə dini mərasim anlayışı yoxdur. Bunlar sonradan ortaya çıxmış fikirlərdir”.
İlhiyyatçının sözlərinə görə, islam dinində bir qəbirdə iki insanın dəfn edilməsi günah hesab edilmir:
“Din bunu qadağan etmir. Dəfn edilmiş insanın yanında başqa biri də dəfn edilə bilər. Özü atasının məzarında dəfn edilməyi vəsiyyət edibsə, qəbrin açılması və orada dəfn edilməsində heç bir narahatlıq, dinə zidd məqam yoxdur”.
Qeyd edək ki, martın 2-də uzun sürən xəstəlikdən sonra vəfat edən tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər dəfn olunduğu məzardan çıxarılıb. Bəstəkarın həyat yoldaşı bunu T.Əkbərin ona layiq olmayan yerdə dəfn edilməsi və vəsiyyətinə uyğun etdiyini bildirib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org