“Tagi Salyanski” saxlanildi: "Dusmenli adamam" – Video

– xeber – Salyanda cinayətkar aləmdə “Tağı Salyanski” ləqəbi ilə tanınan Tağı Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərindən qanunsuz olaraq silah-sursat aşkar olunub.
 
Region TV xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Salyanın Arbatan kəndində doğulan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində qeydiyyatda olan, 47 yaşlı Tağı Qasımov saxlanılıb.
 
Rəşad Nuriyev – Salyan Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi: “Əvvəllər məhkum olunmuş, cinayətkar aləmdə “Tağı Salyanski” ləqəbi ilə tanınan Qasımov Tağı Əli oğlu şübhəli şəxs qismində saxlanılmışdır”.
 
Saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman “Makarov” konstruksiyalı tapança, 4 ədəd patron aşkar edilərək götürülüb. Polis şöbəsinə gətirilən Tağı Qasımov törətdiyi əməlləri etiraf edib.
 
Tağı Qasımov – saxlanılan şəxs: “Qəbiristanlığa qəbir üstünə getmişdim, ordan tapmışam. Düşmənli adamam. Düşmənlərim var”.
 
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qəti imkan tədbiri seçilib. Hazırda araşdırma aparılır.

 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org