Şusali VHP-ciler toplandi – Foto

19:33 – xeber – Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Şuşa rayon təşkilatının sayca IV konfransı keçirilib. 
 
VHP mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, konfrans dövlət himninin oxunması ilə işə başlayıb, şəhidlərin xatirəsi yad edilib. 
 
Təşkilat sədri Ofelya Rəşidqızı çıxışında bildirib ki, bu gün Şuşanın işğalından 24 il ötür: “Biz 24 ildir ki, vətəndə didərgin həyatı yaşayırıq. Rayonumuz düşmən tapdağı altındadır, şəhidlərimizin ruhları inildəyir, biz də vətən həsrəti ilə alışıb yanırıq. Ağəbəyin xanım Qarabağ həsrəti ilə qürbətdə əzablar çəkdiyi kimi, biz də 24 ildir ki, Şuşa həsrəti ilə qovruluruq. Özümüz kimi təşkilatımızın üzvləri də 15 müxtəlif rayonda yaşayırlar, bu da bizim normal fəaliyyətimizə mane olur. Öz rayonumuzdan aralıda didərgin formada fəaliyyət göstərsək də, üzvlərimiz fəaldır və işinin öhdəsindən də gəlməyə çalışır”. 

NTK sədri Vüsalə Həsənova hesabat məruzəsində bildirib ki, təşkilatın seçkili orqanları vaxtaşırı öz yığıncaqlarını keçirib, Nizamnamə tələblərinə uyğun işini qurub. 

VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ölkədə baş verən siyasi proseslər, partiyanın qurultay hazırlıqlarından danışıb, Siyasi Şura üzvü Aygün Qurbanlı isə partiyanın fəaliyyəti, qarşısında duran vəzifələr barədə məlumat verib. Konfrans iştirakçılarından Sona Qurbanova, Şahanə Həsənova, Süleyman Hüseynzadə və digərləri də çıxış edərək təşkilatın fəaliyyəti ilə bağlı təkliflər irəli sürüblər.

Sonda təşkilati məsələlərlə bağlı səsvermə keçirilib. Ofelya Rəşidqızı yenidən VHP Şuşa rayon təşkilatının sədri seçilib, 15 nəfər Məclis üzvü, 3 NTK üzvü və partiya qurultayına 11 nəfər nümayəndə müəyyənləşib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org