Şusa ile bagli AP-ye muraciet unvanlandi

01:01 – xeber – Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin insan hüquqları komitəsinin sədri xanım Elena Valensiaya Şuşanın işğalının 24-cü ildönümü ilə əlaqədar müraciət ünvanlayıb. 
 
AzərTac xəbər verir ki, müraciətdə 1992-ci il mayın 8-ə keçən gecə erməni hərbi birləşmələri tərəfindən Şuşanın işğal edildiyi, əhalinin qətlə yetirildiyi, şəhərdəki ictimai binaların, eləcə də tarixi abidələrin məhv edildiyi bildirilir. 
 
“Artıq 23 ildir ki, bu qədim və müqəddəs torpaq erməni işğalçıları tərəfindən zəbt edilib. Şuşanın işğalı bütün Azərbaycan xalqının mənəviyyatına vurulmuş ağır bir zərbədir. Hər il Azərbaycanda və xaricdə fəaliyyət göstərən Azərbaycan icmaları tərəfindən Şuşanın işğalı ilə bağlı təşkil edilən anım tədbirlərində dünyanın nüfuzlu təşkilatlarına müraciətlər qəbul edilir. Müraciətlərdə Azərbaycanın ərazisinin 20 faizinin erməni işğalı altında saxlanıldığı və Ermənistan tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının 4 Qətnaməsinə, Avropa Birliyinin qətnamələrinə məhəl qoyulmadığı xatırladılır”, – deyə sənəddə qeyd edilib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org