Surucunu doyub, ellerini, gozlerini baglayaraq… – DİN


[r32]
– xeber –
Takisi sürücüsünə qarşı quldurluq edən şəxslər tutulub.
DİN-dən Axar.az-a verilən məlumata görə, dekabrın 5-də İsmayıllı Rayon Polis Şöbəsinə gəlmiş Gəncə şəhər sakini Mahir Məmmədov ona qarşı quldurluq edilməsi barədə məlumat verib.
Həmin gün axşam saatlarında paytaxtdakı Beynəlxalq Avtovağzal Kompleksində 2 naməlum şəxs onun idarə etdiyi “Mersedes” markalı avtomobilinə sərnişin qismində oturaraq Biləcəri qəsəbəsinə, sonra isə Gəncə şəhərinə gedəcəklərini bildiriblər.
Biləcəri qəsəbəsində onlar sürücünü döyüb 70 manatını və mobil telefonunu alıblar, əllərini, gözlərini və ağzını bağlayaraq avtomobillə İsmayıllı rayonuna gətirmiş, Bizlan kəndində yolun kənarında onu düşürərək özləri həmin avtomobillə yollarına davam ediblər.
Əl-qolunu açaraq yolda rast gəldiyi vətəndaşlardan Polis Şöbəsinin yerini öyrənən M.Məmmədov əllərindəki plastmas xamutlarla Polis Şöbəsinə gəlib, üzləşdiyi cinayət barədə məlumat verib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə avtomobil həmin gün polis əməkdaşları tərəfindən Ağsu rayonunun Nüdü kəndi ərazisində tapılıb.
Peşəkarlıqla göürülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən şəxslərin paytaxtın Biləcəri qəsəbəsində olduqları yer müəyyən edilib. İsmayıllı RPŞ-nin Binəqədi RPİ-nin əməkdaşları ilə birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə Bakı şəhər sakini Ülvi Xəlilov və Neftşala rayon sakini Ümid Əliyev saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri aparılır.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org