Suruculere sad xeber

13:28 – xeber – Azadlıq prospektinin daha bir hissəsi təmir olunaraq sürücülərin ixtiyarına verilib.
 
Azəravtoyol Açıq Səhmdar Cəmiyyətindən Axar.az-a verilən məlumata görə, təmir olunmuş hissənin uzunluğu təqribən 450 metrdir və Cəfər Xəndan küçəsi ilə Məsud Davudoğlu küçəsinin ( 6 mkrn. İstiqaməti ) kəsişməsi arasında yerləşir.
 
Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə 10 min m2 ərazi asfaltlanıb.
 
Bundan başqa təmir işləri zamanı səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və 900 p/m köhnə səki daşları yeniləri ilə əvəzlənib. Həmçinin zəruri olan yerlərdə yeraltı kommunikasiya xətləri də yenilənib.
 
Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək xüsusi "cib"li dayanacaqlar yaradılıb. "Cib"li dayanacaqların uzunluğu 20 metr, eni isə 3,5 metrdir.
 
Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun hərəkət hissəsinə yol cizgi, yol göstərici xətlərin çəkilişi işləri də aparılıb.
 
Hazırda prospektin digər hissəsində, Məsud Davudoğlu və Süleyman Sani Axundov küçələri arasında yerləşən ərazidə təmir-tikinti işləri davam etdirilir. İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
 
Qeyd edək ki, ilkin mərhələdə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Biləcəri-Baksol avtomobil yolunun kəsişməsinədək olan 3,2 kilometrlik hissəsinin təmir olunması planlaşdırılır.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org